İstehsalat zədələnmələrinin tezlik və ağırlıq əmsallarının hesablanma düsturları hansılardır?
Tezlik əmsalı (Kt):
Kt = Bx1000/S
B – hesabat dövründə qeydə alınan bədbəxt hadisələrin sayı;
S – müəssisənin işçilərinin ümumi sayı.
Ağırlıq əmsalı (Ka):
Ka = G/B-Bö G – bədbəxt hadisələr nəticəsində itirilmiş əmək qabiliyyətli günlərin ümumi sayı;
Bö – hesabat dövründə ölümlə nəticələnmiş bədbəxt hadisələrin sayı.
Qanunvericiliyə görə zərərli əmək şəraitində işlyən işçilərə hansı güzəştlər tətbiq olunur?
Əmək şəraitinin zərərliliyinə görə aşağıdakı güzəştlər tətbiq olunur:
Əmək haqqına əlavələr, əmsallar aşağıda göstərilir.
Zərərliliyin aşağı səviyyəsində: Xüsusi ağır və zərərli işlərdə:
İşçilərə xüsusi geyim və fərdi mühafizə vasitələri hansı sənədlər əsasında verilir?
AR-nın Əmək məcəlləsinin 215-ci maddəsinə əsasən işəgötürən işçiləri müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələri ilə təmin etməyə borcludur. “Azəriqaz” İB-də bu məsələ “ARDNŞ-nin işcilərinə xüsusi geyim və digər fərdi mühafizə vasitələrinin pulsuz verilməsi Normaları” ilə tənzimlənir.
İstifadə olunmuş xüsusi geyim və digər FMV hansı hallarda istifadə edilə bilər ?
İstifadə olunmuş xüsusi geyim və digər FMV işçilərə yalnız yuyulduqdan, kimyəvi və digər profilaktik təmizlənmədən keçirildikdən və təmir edildikdən sonra verilir.