I fəSİl təBİİ qaz və qaz təSƏRRÜfati haqqinda ümumi MƏlumat


Təhlükəsiz iş üsullarının öyrədilməsinin təşkili və vaxtında sənədləşdirilməsi kimə həvalə olunur?



Yüklə 493,24 Kb.
səhifə141/213
tarix25.06.2022
ölçüsü493,24 Kb.
#62281
1   ...   137   138   139   140   141   142   143   144   ...   213
1000 sual - 1000 cavab 21.01.17

Təhlükəsiz iş üsullarının öyrədilməsinin təşkili və vaxtında sənədləşdirilməsi kimə həvalə olunur?

İşçilərə təhlükəsiz iş üsullarının vaxtında və mükəmməl öyrədilməsinin, sənədlərinin düzgün rəsmiləşdirilməsinin təşkilinə metodik rəhbərlik və nəzarət müəssisənin və müvafiq yuxarı təşkilatların (birliyin, trestin və s.) əməyin mühafizəsi və təhlükəsizlik texnikası xidmətinə həvalə olunur.

  1. Fəhlə və qulluqçularala təlimatın keçirilməsində məqsəd nədir?

İşə qəbul olunan fəhlə və qulluqçularla, onları ümumi təhlükəsizlik qaydaları və normaları, əmək qanunvericiliyinin əsas müddəaları, daxili əmək intizamı qaydaları ilə, müəssisə ərazisində və bilavasitə iş yerlərində davranış qaydaları ilə, təhlükəli və zərərli istehsalat amillərinin xüsusiyyətləri ilə və digər məsələlərlə tanış etmək məqsədi ilə işlərin təhlükəsiz aparılması üzrə təlimat keçirilir.

  1. Fəhlə və qulluqçularala keçirilən təlimat xüsusiyyətinə görə neçə yerə bölünür?

Fəhlə və qulluqçqlarla keçirilən təlimat xüsusiyyətinə və vaxtına görə iki yerə, giriş və iş yerində təlima ayrılır.

  1. Müəssisələrdə keçirilən giriş təlimatlarının əsas məqsədi nədən ibarətdir?

Giriş təlimatlarının əsas məqsədi müəssisəyə işə qəbul edilən bütün fəhlə və qulluqçulara, müəssisəyə ezam olunmuş işçilərə, müvəqqəti işləyən fəhlələrə, istehsalat təlimi və təcrübəsi keçmək üçün müəssisəyə gəlmiş tələbə və şagirdlərə, habelə istehsalat sexlərinə işlərin aparılmasına buraxılmış bütün şəxslərə müəssisə, iş rejimi, əməyin mühafizəsinin hüquqi və normativ əsasları, yanğın və elektrik təhlükəsizliyi haqqında qısa məlumat verməkdən ibarətdir. Giriş təlimatının keçirilmə müddəti 2 saatdan az olmamalıdır və müəssisənin əməyin təhlükəsizliyi xidməti tərəfindən keçirilməlidir.

  1. İş yerində keçirilən təlimatlar neçə yerə bölünür, bu təlimatlar kimlər tərəfindən keçirilir və təlimatın məqsədi nədir?

İş yerində keçirilən təlimatlar aşağıda göstərilən 4 yerə bölünür:

  • ilkin təlimat

  • təkrar təlimat

  • növbədənkənar təlimat

  • birdəfəlik təlimat

İş yerində təlimatlar bir qayda olaraq iş rəhbəri tərəfindən iş yerində keçirilməlidir. Elektrotexniki heyətə təlimat baş energetikin mühəndisi tərəfindən keçirilir. Təlimatın keçirilməsində əsas məqsəd işçinin işlədiyi sahədə yerinə yetirəcəyi işin xarekteri, işin icrası zamanı təhlükəsizlik tədbirləri və ayrı-ayrı qurğu və avadanlıqların iş prinsipi haqqında işçiyə məlumat verilməsindən və təhlükəsiz iş üsullarının öyrədilməsindən ibarətdir.


  1. Yüklə 493,24 Kb.

    Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin