İş yerində təlimatlar hansı sənədlər əsasında aparılır?
Eyni peşəli fəhlələr üçün və ya ayrı-ayrı iş növləri üzrə iş yerində təlimat təhlükəsizlik qayda və normalarına, ƏTSS standartlarına əsasən, konkret istehsalat şəraiti nəzərə alınmaqla, işlənib hazırlanmış proqramlar, təlimatlar üzrə keçirilir. Proqramlar və təlimatlar sex işçiləri (rəis, müavinləri) tərəfindən işlənib hazırlanır, əməyin mühafizəsi və təhlükəsizlik texnikası xidməti ilə razılaşdırılır, müəssisənin baş mühəndisi və Həmkarlar İttifaqı Komitəsi ilə birlikdə təsdiq edilir.
Fəhlələrlə təlimatın keçirilməsi proqramına 5 ildə bir dəfədən gec olmayaraq yenidən baxılmalıdır.
İş yerində ilkin təlimatın keçirilməsi necə həyata keçirilir?
Fəhlələrə iş yerində ilkin təlimat onlar sərbəst işə buraxılmazdan əvvəl, bir işdən başqa işə və ya digər xassəli iş sahəsinə keçirilən hallarda aparılır. Fəhlələrlə ilkin təlimat konkret bölmənin iş xüsusiyyətləri və şəraiti nəzərə alınmaqla təsdiq edilmiş proqramlar və təlimatlar üzrə keçirilir. İlkin təlimat işin xüsusiyyətindən asılı olaraq bir neçə növbə ərzində keçirilir. Onlar istehsalat prosesləri, təhlükəsiz iş üsulları ilə tanış olurlar və hər bir fəhlə fərdi olaraq təlimatlandırılır. İlkin təlimat keçilib qurtardıqdan sonra fəhlənin təhlükəsiz iş üsullarını mənimsəməsinə, onun konkret iş yerinə və peşəsinə aid təhlükəsizlik tələblərini və təlimatı praktiki bilməsinə və başa düşməsinə əmin olunmalıdır. İlkin təlimatın keçilməsi “İşçilərin iş yerində təlimatlandırılmasının qeydiyyatı jurnalı”nda rəsmiləşdirilir.
Vaxtaşırı təlimat hansı müddətdən bir və nə məqsədlə keçirilir?
Bütün fəhlələrlə və bəzi kateqoriyalı qulluqçularla onların təhsilindən, ixtisas dərəcəsindən, bu və ya digər peşə üzrə iş stajından və tutduğu vəzifədən asılı olmayaraq vaxtaşırı, hər 3 aydan bir işlərin təhlükəsiz aparılması üzrə təlimat keçirilməlidir.
Vaxtaşırı təlimatı bilavasitə iş rəhbəri (usta, iş icraçısı, sahə və qurğu rəisi və s.) iş yerində proqram üzrə keçirir. Vaxtaşırı təlimatlar keçirilən zaman müəssisənin iş təcrübəsi (müsbət və mənfi nümunələr) nəzərə alınmaqla, ilkin təlimatın bütün məsələləri yenidən müzakirə edilir. Bundan əlavə, vaxtaşırı təlimat keçirilən zaman fəhlələri əvvəl keçirilən təlimatdan sonrakı dövrdə verilmiş əmrlər, sərəncamlar,məktublarla tanış edirlər.
Vaxtaşırı təlimatların keçirilməsi “Щейятя иш йериндя тялиматын кечирилмясинин гейдя алынмасы журнал”inda rəsmləşdirilməlidir.