işçilərə təhlükəsiz iş üsullarının öyrədilməsi, onların ixtisaslarının artırılması zamanı (kurs, qrup və fərdi təhsil formalarında) həyata keçirilir.
Hansı işçilərə təhlükəsizlik iş üsulları öyrədilməlidir?
İstehsalatın xüsusiyyətindən, mürəkkəbliyindən və təhlükəsizlik dərəcəsindən asılı olmayaraq, bütün müəssisələrdə və istehsalat birliklərində fəhlələrə, qulluqçulara və mühəndis-texniki işçilərə təhlükəsiz iş üsulları öyrədilməlidir.
Təhlükəsiz iş üsullarının öyrədilməsinə kimlər məsuliyyət daşıyır?
Müəssisənin rəhbərliyi (baş mühəndis. Baş mütəxəssislər, sex, xidmət və şöbə rəisləri) fəhlələrə, qulluqçulara və mühəndis-texniki işçilərə bilavasitə iş yerlərində və ya xüsusi kurslarda təhlükəsiz iş üsullarının öyrədilməsini təmin etməyə borcludur. Bütövlükdə müəssisələr, birliklər üzrə işçilərə təhlükəsiz iş üsullarının vaxtında və mükəmməl öyrədilməsinin düzgün təşkilinə ümumi rəhbərlik müəssisə rəhbərlərinə, struktur bölmələrində (sexlərdə, sahələrdə) isə həmin bölmələrin rəhbərlərinə həvalə edilir.Onlar bu işlərə görə məsuliyyət daşıyırlar.