Baş vermiş bədbəxt hadisə komissiya tərəfindən hansı müddətə təhqiq olunmalıdır?
Baş vermiş bədbəxt hadisələrin təhqiqatı komissiya tərəfindən 20 gün müddətinə başa çatdırılmalıdır. Zəruri hallarda Təhqiqat komissiyası sədrinin əsaslandırılmış müraciətinə əsasən bu müddət komissiyanın yaradılması barədə sərancam verən orqan tərəfindən artırıla bilər.
İstehslatda baş vermiş bədbəxt hadisəni gizlətmiş və ya müvafiq akt tərtib etməkdən boyun qaçırmış vəzifəli şəxslər barədə hansı məsuliyyət nəzərdə tutulur. ?
AR-nın Əmək məcəlləsinin 217-ci maddəsinə görə bədbəxt hadisənin baş vermə faktını gizlədən, aparılan təhqiqat barədə müvafiq akt tərtib etməkdən boyun qaçıran işəgötürən, onun səlahiyyətli vəzifəli şəxsi qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır.
İstehsalatda baş vermiş bədbəxt hadisə hansıı hallarda rəsmiləşdirilmir və qeydiyyata alınmır ?
Təbii ölüm, özünə qəsd, intihar hadisələri, cinayət törədilərkən, şəxsi məqsədlər üçün hər hansı işlə məşğul olarkən, çimərkən, balıq ovlayarkən, işçinin öz təşəbbüsü ilə nahar fasiləsində və ya işdən sonra idman tədbirləri zamanı xəsarət və ya ölüm baş verərsə;
texniki spirtlərin, aromatik, narkotik vasitələrin, psixiatrop maddələrin istehsalat prosesində istifadəsi ilə bağlı olmayan alkoğol zəhərlənməsi və onunla bağlı ürək dayanması, insult və s.
Başqa təşkilata göndərilmiş və ya əvəzçiliklə çalışan işçi ilə baş vermiş bədbəxt hadisənin təhqiqatı necə aparılır?
İşəgötürən tərəfindən müvəqqəti olaraq işləmək üçün başqa təşkilata göndərilmiş və ya əvəzçilik üzrə çalışan işçi ilə baş vermiş bədbəxt hadisənin təhqiqatı, bu işçinin müvəqqəti işlədiyi, yaxud əvəzçilik üzrə çalışdığı təşkilatın və əsas iş yerinin nümayəndələrinin iştirakı ilə aparılır və hadisə baş vermiş müəssisə tərəfindən uçota alınır.
Dostları ilə paylaş: |