Növbədənkənar təlimatlar hansı hallarda keçirilir?
İstehsalat zəruriyyətindən irəli gələn xüsusi hallarda fəhlələrlə işlərin təhlükəsiz aparılması üzrə növbədənkənar təlimat keçirilməlidir. Növbədənkənar təlimatlar aşağıdakı hallarda keçirilir.
İstehsalat prosesi dəyişdikdə.
Müəssisənin istehsalat sahələrində qəza və bədbəxt hadisə baş verdikdə.
Yeni texnika və texnologiya tətbiq edildikdə.
Müəssisə rəhbərliyinin əmri və ya sərəncamı ilə yuxarı təşkilatın və Dövlət nəzarət orqanlarının göstərişi ilə və digər hallarda.
Birdəfəlik təlimat hansı hallarda keçirilir?
Fəhlələr onların peşəsinə aid olmayan birdəfəlik işləri yerinə yetirmək və ya yüksək dərəcədə təhlükəli şəraitdə işləmək üçün tapşırıq alarkən birdəfəlik təlimat keçməlidirlər. Birdəfəlik təlimatı işin məsul rəhbəri keçir və tapşırıq- icazə vərəqində rəsmiləşdirilir.
MTİ işçilərlə iş yerində vaxtaşırı təlimatlar keçirilirmi?
MTİ işçilərlə iş yerində vaxtaşırı təlimatlar keçirilmir. Lazım gəldikdə onlarla müxtəlif cari məsələlər üzrə (tapşırıq –icazə ilə işlərin yerinə yetirilməsindən əvvəl, yuxarı təşkilatların göstərişi ilə, müəssisə rəhbərliyinin əmr və sərancamı ilə) növbədənkənar və ya birdəfəlik təlimatlar keçirilir.
Əməyin təhlükəsizliyi təlimatlarının işlənib hazırlanması, razılaşdırılması və təsdiqi necə həyata keçirilir?
Hər bir fəhlə peşəsi üzrə gördükləri işin xüsusiyyətinə uyğun təlimat işlənilməlidir. Təlimat müəssisə, sahə rəisləri, ustaları və mütəxəssisləri tərəfindən işlənilməli, müəssisənin Həmkarlar Təşkilatı ilə razılaşdırıldıqdan sonra baş mühəndis tərəfindən təsdiq olunmalıdır.
Qaz təsərrüfatına yeni qəbul olunmuş işçilərin sərbəst işə buraxılmaları üçün hansı tələblər vardır ?
Qaz təsərrüfatına yeni qəbul edilmiş və ya bir işdən digər işə keçirilmiş işçilər giriş təlimatı və iş yerində ilkin təlimat keçdikdən sonra onlara təhlükəsiz iş üsulları öyrədilməli və gördükləri iş həcmində bilikləri yoxlanıldıqdan sonra sərbəst işə buraxılmalıdır. Biliklərin yoxlanılması müəsissələrdə daimi fəaliyyət göstərən komissiyalar tərəfindən “Dövlətdağtexnikinəzarət” Ağentliyinin nümayəndisinin iştirakı ilə aparılmalıdır. Bilikləri yoxlanılmamış işçilərin sərbəst işə buraxılmasına yol verilmir.