I fəSİl təBİİ qaz və qaz təSƏRRÜfati haqqinda ümumi MƏlumat


Elektrik qaynaq işləri zamanı əks ötürücü kimi nədən istifadə etmək qadağandır?



Yüklə 493,24 Kb.
səhifə170/213
tarix25.06.2022
ölçüsü493,24 Kb.
#62281
1   ...   166   167   168   169   170   171   172   173   ...   213
1000 sual - 1000 cavab 21.01.17

Elektrik qaynaq işləri zamanı əks ötürücü kimi nədən istifadə etmək qadağandır?

Elektrik qaynaq işləri zamanı əks ötürücü kimi metal konstruksiyalardan, texnoloji aparatların gövdələrindən və boru kəmərlərindən istifadə etmək qadağandır. Bu məqsədlə elektrod tutucusu üçün tətbiq edilən naqilə uyğun kabel seçilməlidir.

  1. Qaz qaynağı zamanı yanğın təhlükəsizliyini təmin olunması üçün nələrə diqqət yetirilməlidir?

  • qaz qaynağı işləri zamanı oksigen balonlarının, şlanqların, odluğun, həmçinin asetilen genaratorunun üzərinə yağ, neft və neft məhsullarının dağılmasının qarşısını alan tədbirlər görülməsinə;

  • Oksigen balonlarının açıq alovdan 10 metrdən yaxın məsafədə olmamasına və bu məsafədə yanacaq-sürtgü materialların saxlanılmamasına, oksigen və asetilen balonları arasında məsafənin 5 m-dən az olmamasına;

  • Şlanqların sazlığına, onların odluğa bərkidilməsinə, qaz şlanqının yüksək temperaturun təsirindən və mexaniki zədələrdən qorunmasına;

  • Qaynaq işləri zamanı odluğun həddən artıq qızmasına yol verilməməsinə və bu halda işi vaxtaşırı dayandıraraq odluğun su ilə soyudulmasına.

  1. Qaz qaynağı zamanı nələr qadağandır?

Qaz qaynağı zamanı aşağıdakılar qadağandır:

  • nasaz aparat və şlanqlarla qaynaq işinin aparılması, donmuş generatorun və onun hissələrinin, reduktorların, ventillərin, boru xətlərinin və qaynaq qurğusunun digər detallarının açıq alov və ya həddindən artıq qızmış əşya ilə qızdırılması;

  • qaz balonunun içində qalan qaz tamamilə çıxarılmadan və balon üfürülmədən ventillərin təmir edilməsi;

  • asetilen generatorundan, oksigen balonlarından, şlanqlardan, qaz xətlərindən və lil çalalarından 10 m-dən yaxın məsafədə siqaret çəkmək və açıq alovdan istifadə etmək;

  • sıxılmış və mayeləşdirilmiş qaz balonlarının üstü açıq halda, günəş şüaları altında saxlanılması;

  • oksigen şlanqlarının generatora tərəf üfürülməsi.


  1. Yüklə 493,24 Kb.

    Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin