Tərkibində nəmlik olan qazlar və məhsulları nəql edən boru kəmərləri nə ilə qorunmalı və təchiz edilməlidir?
Tərkibində nəmlik olan qazlar və məhsulları nəql edən boru kəmərləri istilik izolyasiyası ilə qorunmalı və ya lazım olarsa qızdırıcı qurğu ilə təchiz edilməlidir.
VII FƏSİL NƏQLİYYAT MÜƏSSİSƏLƏRİNDƏ YANĞIN TƏHLÜKƏSİZLİYİ HAQQINDA Yanğın zamanı avtomobillərin evakuasiyası necə həyata keçirilməlidir?
Avtomobillərinin sayı 25-də artıq olan avtonəqliyyat müəssisələrində yanğın zamanı avtomobillərin köçürülməsinə şərait yaratmaq üçün istehsalat rəhbəri tərəfindən, növbəsi və köçürülmə qaydası göstərilməklə, avtomobillərin düzülüşünün xüsusi planı işlənməli və təsdiq edilməlidir. Bu qarajların ən azı 2 darvazası olmalı və ehtiyat darvazasına yol həmişə boş olmalıdır. Plan dispetçerdə və ya avtomobil təsərrüfatı növbətçisində olmalı, sürəti isə qarajda saxlanılmalıdır.
Avtomobillərin təmir olunduğu yerlərdə və yardımçı otaqlarda yanğın təhlükəsizliyinin təmin olunması üçün nələrə diqqət yetirilməlidir?
Avtomobillərin təmir olunduğu yerlərdə və yardımçı otaqlarda bakları yanacaqla və karterləri yağla dolu (qazla işləyən maşınların isə dolu qaz balonu ilə) avtomobillərin təmirinə (1 saylı texniki xidmət üzrə işlər istisna olmaqla) icazə verilmir.
İşin sonunda təmir otaqları və baxış çuxurları yağlanmış silgi parçalardan və müxtəlif mayelərdən təmizlənməli, zibil tullantı və s. yığışdırılmalıdır.
Avtomobil saxlanılan yerlərdə yanğın təhlükəsizliyi baxımında nələrə yol verilmir?
Avtomobil saxlanılan yerlərdə aşağıdakılara yol verilmir:
normadan artıq sayda avtomobillərin saxlanılması, onların düzülüş üsulunun pozulması, avtomobillər arasında və avtomobillərlə binanın elementləri arasındakı ara məsafənin gözlənilməməsi;
avtomobillərin benzin baklarının ağzı açıq vəziyyətdə, həmçinin yanacağın sızması baş verərkən saxlanılması;
dayanacaq, xidmət və təmir yerlərində avtomobillərin yanacaqla doldurulması;
AAM və YM dolu taraların saxlanılması;
mühərriklərin açıq odla qızdırılmasına, həmçinin texniki baxış və digər işlərin aparılması zamanı açıq alov mənbələrinin istifadəsinə;
mühərriklərin işlək vəziyyətdə saxlanılmasına;
müvafiq ixtisası olmayan şəxslərə avtomobillərin texniki xidmətinin və idarə olunmasının həvalə edilməsinə.