Qaz kəmərlərindən ağacların gövdəsinə qədər hansı məsafə saxlanılmalıdır?
Qaz kəmərlərindən ağacların gövdəsinə qədər məsafə 1,5 metrdən az olmamalıdır. Ondan kol bitkilərinə qədər olan məsafə isə hüdudlanmır.
Qaz kəməri ilə onun çəkildiyi divar arasındakı məsafə nə qədər olmalıdır?
Qaz kəməri ilə onun çəkildiyi divar arasındakı məsafə elə olmalıdır ki, qaz kəmərinə və onun üzərində quraşdırılmış avadanlığa nəzarət etmək və təmir işləri aparmaq mümkün olsun.
Şkaf tipli QTM-lər binaların divarlarında qoyulduqda məsafələr necə təyin olunmalıdır?
Şkaf tipli QTM-lər binaların divarlarında qoyulduqda şkaflardan pəncərə, qapı yerlərinə və digər boşluqlara qədər olan üfuqi məsafələr qazın giriş təzyiqi 0,3MPa-ya (3 kqq/sm2-ə) qədər olduqda 3m-dən az, qazın giriş təzyiqi 0,3 MPa-dan (3 kqq/sm2-dən) 0,6 MPa-ya (6kqq/sm2-ə) qədər olduqda isə 5 m-dən az olmamalıdır.
Şkafdan pəncərə yerlərinə qədər şaquli məsafələr 5 m-dən az olmamalıdır. QTM-in girişində qazın təzyiqi 0,3 MPa-ya qədər olduqda, şkaf tipli QTM-in yaşayış evlərinin bütov divarlarında qoyulmasına yol verilir.
Ayrılıqda dayanan QTM-dən ufuqi xətt uzrə məsafələr neçə metr olmalıdır?
QTM-in girişində qazın təzyiqi,
MPa (kqq/sm2)
|
Ayrılıqda dayanan QTM-dən üfuqi xətt uzrə məsafələr, m, qədər
|
Binalara və
qurğulara
|
Dəmir yolu və tramvay
yoluna (yaxınlıqdakı
relsə qədər)
|
Avtomobil yollarına
(yolun kənarına
qədər)
|
Hava ötürücü
xəttinə
|
0,6 (6)-ya qədər
|
10
|
10
|
5
|
Dayağın 1,5 hündürlüyündən
az
olmamaqla
---≪---
|
0,6 (6)-dan yuxarı
1,2 (12)-yə qədər
|
15
|
15
|
8
|
Qeyd. Məsafə binaların xarici divarlarından və ya QTM-in şkaflarından, avadanlıqlar açıq sahədə yerləşdikdə isə hasarın kənarından qəbul edilməlidirlər.
|
Dostları ilə paylaş: |