I fəSİl təBİİ qaz və qaz təSƏRRÜfati haqqinda ümumi MƏlumat


QTM-in otaqlarının isidilməsi zərurəti necə müəyyən edilir və necə təmin edilir?



Yüklə 493,24 Kb.
səhifə19/213
tarix25.06.2022
ölçüsü493,24 Kb.
#62281
1   ...   15   16   17   18   19   20   21   22   ...   213
1000 sual - 1000 cavab 21.01.17

QTM-in otaqlarının isidilməsi zərurəti necə müəyyən edilir və necə təmin edilir?

QTM-in otaqlarının isidilməsi zərurəti iqlim şəraitindən, nəql edilən qazın nəmliyindən və tətbiq olunan avadanlıq və nəzarət-ölçü cihazlarının konstruksiyalarından asılı olaraq təyin edilməlidir.
İstilik daşıyıcılarının maksimum temperaturu 1300S-dən çox olmamalıdır.
QTM-də yerli istilik sistemi qurulduqda isitmə qurğusu texnoloji, həmçinin digər otaqlardan aralıda yerləşən, sərbəst çıxışı olan və QTM-dən bütov, qaz buraxmayan və yanğına qarşı odadavamlılıq muddəti 2,5 saatdan az olmayan divarlarla əhatə olunmuş ayrıca otaqda yerləşdirilməlidir. İsitmə qurğusuna çəkilən qaz borusu və istilik sistemi boruları tənzimləyicilərin otaqlarının divarlarından keçdikdə, onların qaz sızma ehtimalını istisna edən kipkəcli sıxıcıları və ya digər sıxıcıları olmalıdır.
Şkaf tipli QTM-in isidilməsi üçün partlayış-yanğın təhlukəsizliyinin təmin olunması şərti ilə qaz odluqlarından istifadə edilməsinə yol verilir.

  1. QTM-nin bütün otaqlarında işıqlandırma və havalandırma necə təşkil edilməlidir?

QTM-nin bütün otaqlarında təbii və süni işıqlandırma və 1 saat ərzində üç dəfədən az olmamaqla hava mübadiləsini təmin edən, daimi işləyən təbii ventilyasiya nəzərdə tutulmalıdır.

  1. QTM-də və QTQ-də üfürmə və atqı boruları nəzərdə tutulmalıdırmı və harada yerləşdirilməlidir?

QTM-də və QTQ-də üfürmə və atqı boruları nəzərdə tutulmalıdır. Üfurmə boruları aşağıdakı yerlərdə yerləşdirilməlidirlər:

  • daxil olan qaz kəmərlərində birinci bağlayıcı qurğudan sonra;

  • dövrələmə qaz kəmərlərində (baypaslarda) iki bağlayıcı qurğunun arasında;

  • təmir və proflaktiki işlərinin aparılması üçün bağlayıcı avadanlıqları olan qaz kəmərlərinin ayrı-ayrı sahələrində.

Üfurmə borusunun şərti diametri 20mm-dən az olmamalıdır. Eyni təzyiqli üfürmə borularının ümümi üfürmə boru kəmərinə birləşdirilməsinə yol verilir.
Qaz atqı klapanından (QAK) qazkənaredici atqı borusunun sərti diametri 20 mm-dən az olmamaqla, klapanın çıxış borucuğunun şərti diametrinə bərabər olmalıdır.
Qazın yayılması üçün təhlukəsiz şərait yaratmaq məqsədi ilə, üfürmə və atqı boruları binanın karnizindən 1m-dən az olmamaqla yuxarı çıxarılmalıdır. Üfürmə və atqı borularında dönmələrin sayı az olmalıdır. Atmosfer yağıntılarının bu boruların içərilərinə daxil olmasına yol verməmək üçün, üfürmə və atqı borularının başında xüsüsi duzəltmə nəzərdə tutulmalıdır.


  1. Yüklə 493,24 Kb.

    Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin