Təhlükəli yük daşıyan avtomobili saxlamaq məcburiyyətində qaldıqda sürücü hansı şərtlərə əməl etməlidir?
Görünmə şəraiti pis olan zaman təhlükəli yük daşıyan avtomobili saxlamaq məcburiyyətində qaldıqda, sürücü yol hərəkəti qaydalarında nəzərdə tutulan 25-30m arxada qəza dayanacağı işarəsi, avtomobilin qabaq və arxasında, arası 10 m məsafədən az olmayaraq narıncı rəngli 2 ədəd fənər qoymalıdır .
Sıxılmış və mayeləşdirilmiş qazla dolu balonlar necə daşınır və saxlanılır?
Sıxılmış və mayeləşdirilmiş qazla dolu balonlar xüsusi olaraq quraşdırılmış avtomobillərdə daşınmalıdır, qaz balonlarını avtomobil nəqliyyatına qədər xüsusi əl daşıyıcıları və ya arabalar vasitəsilə daşımaq lazımdır. Sıxılmış qaz balonları daşınan avtomobillər balonların diametrinə uyğun və çökəkləri keçə ilə örtülmüş olan xüsusi rəflərlə təchiz olunmalıdır. Balonların qoruyucu başlıqları eyni istiqamətə çevrilmiş halda, avtomobillərin banının hündürlüyü səviyyəsindən aşağı olmaqla yığılmalıdır.
VIII FƏSİL YANĞINSÖNDÜRMƏ QURĞU və VASİTƏLƏRİ HAQQINDA
Stasionar yanğınsöndürmə qurğularının texniki vəziyyətinə kim və necə nəzarət etməlidir?
Stasionar yanğınsöndürmə qurğularının texniki vəziyyətinə nəzarət etmək üçün əmrlə müəssisənin (obyektin) texniki heyətində məsul şəxs, qurğuya gün (sutka) ərzində xidmət etmək üçün isə xüsusi hazırlıq keçmiş fəhlə briqadası təyin edilməlidir. Sistematik olaraq (həftədə bir dəfədən az olmayaraq) qurğunun vəziyyətini, briqada üzvlərinin öz vəzifə borclarını bilmələrini yoxlamalıdır.
Avtomatik yanğınsöndürmə sistemləri hansı müddətlərdə yoxlanılmalıdır?
İldə bir dəfədən az olmayaraq bütün avtomatik yanğınsöndürmə sistemlərinin işi yoxlanılmalı və yoxlamanın nəticələri jurnalda qeyd edilməlidir.
yanğınsöndürmə qurğularının bütün aparat və boru xətləri 3 ildə bir dəfədən az olmayaraq möhkəmliyə və germetikliyə yoxlanılması üçün hidravlik sınaqdan keçirilməli, boru xətləri çirkdən və pasdan təmizlənməli, aşkar olunan nasazlıqlar aradan qaldırılmalıdır;
qış dövründə yanğınsöndürmə qurğularına baxış zamanı istilik izolyasiyasının və qurğunun hissələrinin donmasının qarşısını alan qızdırıcı qurğuların vəziyyətinə xüsusi nəzarət edilməlidir.