Qəza yerində avadanlıq və kommunikasiyanın texnoloji vəziyyəti yoxlanıldıqdan və yanar qazların partlayış təhlükəli qatılığının olmadığına əmin olmaq üçün analız aparıldıqdan sonra qəza vəziyyəti ləğv oluna bilər.
Yanğın baş verdikdə müəssisənin hər bir fəhlə və qulluqçusu hansı işləri görməyə borcludur?
Yanğın baş verdikdə müəssisənin hər bir fəhlə və qulluqçusu aşağıdakı işləri görməyə borcludur:
dərhal yanğın dəstəsini çağırmalı;
yanğın baş verən yerə obyektin rəhbərini çağırmalı;
ilkin və stasionar yanğınsöndürmə vasitələrindən istifadə etməklə yanğının ləğvi üzrə tədbirlər görməli.
Yanğın yerinə gələn xidmət rəisləri yanğın dəstəsi gələnə qədər hansı tədbirləri görməlidir?
Yanğın yerinə gələn xidmət rəisləri yanğın dəstəsi gələnə qədər aşağıdakı tədbirləri görməlidir:
yanğın haqqında dərhal müəssisə rəhbərliyinə xəbər verməli;
yanğın dəstəsinin qarşılanmasını təşkil etməklə yanğın mənbəyinə yaxınlaşmaq üçün ən qısa yolun seçilməsində və yanğınsöndürmə vasitələrinin işə salınmasında kömək etməli;
lazım gələrsə, elektrik enerjisinin kəsilməsinə, avadanlıqların və aqreqatların işinin dayandırılmasını və yanğının yayılmasının qarşısının alınması üzrə tədbirlərin götülməsini təmin etməli;
obyektin yanğın təhlükəli zonasında yanğının ləğvi ilə bağlı işlərdən başqa bütün işləri dayandırmalıdır.
Yanğının söndürülməsi işlərinə rəhbərlik edən nələri etməyə borcludur?
Yanğının söndürülməsi işlərinə rəhbərlik edənlər aşağıdakıları etməyə borcludur:
stasionar yanğın söndürmə vasitələrini işə salmaq;
yanğının söndürülməsində iştirak edən şəxslərin elektrik cərəyanından zədələnməsindən, zəhərlənmədən və yanmadan mühafizəsini təmin etmək;
yanğının söndürülməsi ilə yanaşı texnoloji avadanlıqların və tikinti konstruksiyalarının yüksək temperaturun təsirindən qorumaq üçün soyutmaq;
yanğının söndürülməsi zamanı təhlükəsizlik tələblərinə əməl etmək.