I fəSİl təBİİ qaz və qaz təSƏRRÜfati haqqinda ümumi MƏlumat


Hansı kranlar yükqaldırıcı məhdudlaşdırıcılarla təchiz olunmalıdır?



Yüklə 493,24 Kb.
səhifə178/213
tarix25.06.2022
ölçüsü493,24 Kb.
#62281
1   ...   174   175   176   177   178   179   180   181   ...   213
1000 sual - 1000 cavab 21.01.17

Hansı kranlar yükqaldırıcı məhdudlaşdırıcılarla təchiz olunmalıdır?

Oxlu, qülləli və portal kranlar yükqaldırma məhdudlaşdırıcısı ilə təchiz olunmalıdırlar. Məhdudlaşdırıcı hər bir yük yol veriləndən 10%-dan (portal kranlar üçün 15%-dan) artıq olduqda avtomatik saxlanmanı təmin etməlidir.Körpülü kranlar istehsalat texnologiyasına əsasən onların əlavə yüklənməsi istisna olunmursa, yükqaldırma məhdudlaşdırıcı ilə təmin olunmalıdır. Kranın məhdudlaşdırıcısı ilə təmin olunması zərurəti sifarişdə göstərilməlidir. Körpülü kranın nominal yükqaldırmadan 25%-dən artıq yüklənməsinə məhdudlaşdırıcı imkan verməməlidir.

  1. Yükqaldırıcı maşınlar üzərində nəzarət kimə həvalə oluna bilər və həmin şəxslərin vəzifələri nələrdir?

Yükqaldırıcı maşınlara nəzarət üçün komissiya tərəfindən yoxlanılan, xüsusi vəsiqəsi olan idarə tərəfindən təyin olunmuş mühəndis-texniki işçi ola bilər. Onun vəzifə borcu aşağıdakılardır:

  • Yükqaldırıcı maşının təhlükəsiz istismarına və texniki vəziyyətinə nəzarət etmək, geydirilib-çıxarıla bilən yükqaldırıcı tərtibatlara nəzarət etmək. Xüsusən: Yüklərin düzgün ştropit olunmasına, ştrop salanların şəxsi təhlükəsizliyinə, yüklərin yerləşdirilməsində qabaritlərə fikir vermək, işləyən vaxt özü yeriyən kranların düzgün yerləşdirilməsinə nəzarət etmək.

  • Texniki nəzarət orqanı tərəfindən verilən göstərişlərin, yükqaldırıcı maşınların və karnların növbəti qrafik üzrə yoxlanılmasına, geydirilib-çıxarıla bilən tərtibat və taraların baxış vaxtına nəzarət etmək.

  1. Hansı avtomobil sürücüləri avtokranların idarə edilməsinə buraxıla bilərlər?

Avtokranı idarə etməyə yalnız krançı peşəsinə dair hazırlanmış proqram üzrə təlimat keçmiş və ixtisas dərəcəsini təyin edən komissiya tərəfindən tövsiyyə olunmuş vəsiqəsi olan avtomobil sürücülərinə icazə verilir. Avtokranın sürücüsü və cavabdeh şəxs kranın qəzasız işinə, əməkçi və yükvuran fəhlələrin əməyinin təhlükəsizliyinə, həmçinin kranın yanğından mühafizəsinə və yüklərin təhlükəsiz yüklənib-boşalmasına, daşınmasına cavabdehdir.


  1. Yüklə 493,24 Kb.

    Dostları ilə paylaş:
1   ...   174   175   176   177   178   179   180   181   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin