Hansı hallarda kran statik sınanmaya davamlı sayılır?
İstismarada olan qaldırıcı qurğular hər ildə 1 dəfədən az olmayaraq hissəli texniki sınaqdan və hər 3 ildə 1 dəfədən az olmayaraq tam texniki sınaqdan keçməlidirlər. Tam texniki sınaq zamanı krana baxış aparılmalı, statik və dinamik sınaqlardan keçirilməlidir. Texniki sınağın məqsədi aşağıdakılardır:
Qaldırıcı qurğunun və onun hissələrinin qeydiyyatda göstərilmiş sənədlərə və qaydalara uyğunluğu;
Qaldırıcı saz olması və onun təhlükəsizlik işləməsinin təmin olunması;
Qaldırıcı qurğuya təhlükəsizlik qaydalarına uyğun olaraq xidmət edilməsi.
Statik sınaq zamanı kranın yükqaldırma qabiliyyətinə 25% əlavə yük verilir. Dinamik sınaqda isə 10% əlavə yük verilir. Statik sınaqda yük 20-30 sm qaldırılır və 10 dəq saxlanılır. Dinamik sınaqda yük hərəkət etdirilir, sonra bütün elementlər yoxlanılır.
Yükqaldıran maşınların işi zamanı hansı işlərin görülməsinə icazə verilmir?
Qaldırıcı maşın hərəkət edərkən ona daxil olmaq;
Üzərində adam olan yüklərin qaldırılması və yerdəyişməsi;
Torpaqla örtülmüş, yerə donub yapışmış, digər yüklər arasında sıxılmış, bolt, qayka ilə bərkidilmiş yüklərin qaldırılması;
Qaldırılmış yüklərin kənardan yana çəkilməsi;
Yük altında ilmələrin və kanatların kran vasitəsilə çəkilməsi;
Avtomobilin kabinasında adam olduğu zaman yüklərin doldurulub və ya boşaldılması;
Təhlükəsizlik cihazları və tormoz saz olmadıqda işləmək.
Avtonəqliyyat və xüsusi texnika maşınların texniki sazlığının yoxlanılması qaydası?
Xəttə buraxılarkən və xətdən qayıdarkən avtomobillərin və onların aqreqatlarının texniki vəziyyəti mühərrik söndürülərkən və avtomobilin təkərlərinin əyləcləri yoxlanılmalıdır. Avtomobilin əyləci, yanacaqla qidalanma və alışma sistemlərinin yoxlanılması zamanı yuxarıda qeyd edilənlərə müstəsna hal kimi riayət edilmir.