bel, link, balta, qarmaq, yanğın vedrələri, brezent parçalar;
qum daşıyan xərəklər.
Köpüklü odsöndürənlərin gövdəsinin möhkəmliyə hidravliki sınağı hansı müddətdə aparılmalıdır?
Köpüklü odsöndürənlərin gövdəsinin möhkəmliyə hidravliki sınağı yenidən doldurulmaqla aşağıdakı müddətə aparılmalıdır:
25% odsöndürənlər istismara veriləndən bir il sonra;
50% odsöndürənlər istismara veriləndən iki il sonra aparılır.
Sonrakı istismar müddəti üçün odsöndürənlərin hamısı (100%) ildə bir hidravlik sınaqdan keçirilir.
Odsöndürən, qum yeşikləri və su saxlanılan çəlləklərə hansı tələblər qoyulur?
Odsöndürən, qum yeşikləri və su saxlanılan çəlləklərə aşağıdakı tələblər aiddir:
karbonqazlı odsöndürənlərin dolu olması 3 aydan bir, 20 qr-a qədər dəqiqlikdə çəkmə yolu ilə yoxlanılmalıdır;
qum üçün yeşiklər 0,5; 1,0 və 3 m3 həcmdə hazırlanmalı, kip bağlanan qapağı olmalı, kürəklə təchiz olunmalı, qırmızı boya ilə rənglənməlidi;
su saxlanılan çəlləklərin tutumu 0,2 m3-dən az olmalı və onlar vedrə ilə təchiz olunmalıdır.
Yanğın rabitəsi və siqnalizasiya vasitələrinin vəziyyətinə nəzarət kim tərəfindən həyata keçirilir?
Yanğın rabitəsi və siqnalizasiya vasitələrinin vəziyyətinə nəzarəti obyektin rəhbəri tərəfindən təyin edilmiş mühəndis-texniki işçi həyata keçirir.