I fəSİl təBİİ qaz və qaz təSƏRRÜfati haqqinda ümumi MƏlumat


Elektrik aparatları ilə (laqunda və s.) kəsmə və səthi təmizləmə işləri aparılarkən yanğın təhlükəsizliyi baxımından hansı tədbirləri görülməlidir?



Yüklə 493,24 Kb.
səhifə171/213
tarix25.06.2022
ölçüsü493,24 Kb.
#62281
1   ...   167   168   169   170   171   172   173   174   ...   213
1000 sual - 1000 cavab 21.01.17

Elektrik aparatları ilə (laqunda və s.) kəsmə və səthi təmizləmə işləri aparılarkən yanğın təhlükəsizliyi baxımından hansı tədbirləri görülməlidir?

Elektrik aparatları ilə (laqunda və s.) kəsmə və səthi təmizləmə işləri görülən yerlər 10m radiusda asan alışan və yanar maddələrdən təmizlənməlidir. Qısa müddətli işin dayandırılması müddətində və yaxud fasilə zamanı elektrik aparatları elektrik şəbəkəsindən açılmalıdırlar. Elektrik kəsmə və səthi təmizləmə aparatları ilə işləyərkən qığılcımın təsirindən mühafizə olunmaq üçün işçılər xüsusi fərdi mühafizə vasitələri ilə təchiz olunmalıdır. Odlu işlər qurtardıqdan sonra ehtimal olunan alovlanmanın qarşısını almaq üçün işlərin aparıldığı və yaxınlıqda olan otaqlar və sahələr yoxlanılmalı və tələb olunarsa 1 saat ərzində nəzarətdə saxlanılmalıdır.

  1. Boru kəmərləri zədələndikdə hansı tədbirlər görülməlidir?

Boru kəmərləri zədələndikdə (partladıqda) qəza sonrası dərhal dövrəyə alınmalıdır, xəbərdaredici işarələr qoyulmalıdır, nəqliyyatın hərəkəri dayandırılmalı və qəzanın ləğv edilməsi üçün tədbirlər görülməlidir.

  1. Texnoloji aparatların və qurğuların istismarı zamanı nə etmək lazımdır?

Texnoloji aparatların və qurğuların istismarı zamanı daimi olaraq onların flans birləşmələrinin və kipgəc sıxlaşmalarının germetikliyinə nəzarət edilməlidir. Sızma yerləri aşkar edildikdə, onların ləğvi üzrə tədbirlər görülməlidir. Texnoloji aparat və qurğular təmirə dayandırıldıqda istismardan çıxarılmalı,məhsulu boşaldılmalı, istismarda olan armaturlardan, avadanlıqlardan və boru kəmərlərindən təcrid olunmalı, buxara verilməli və ya təsirsiz qazla üfürülməlidir. Lyuklərin açılmasına yuxarıdan başlamaq lazımdır.

  1. Yaşayış və xidməti otaqlarda yanğının söndürülməsi üçün nələrdən istifadə olunmalıdır?

Yaşayış və xidməti otaqlarda yanğının söndürülməsi üçün aşağıdakılardan istifadə olunmalıdır:

  • su söndürmə sistemlərindən;

  • köpüklə söndürmədən;

  • insanların olmadığı otaqlarda karbon qazı ilə.


  1. Yüklə 493,24 Kb.

    Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin