Elektrik qurğuları qısa qapanma cərəyanından və digər anomal rejimlərdən mühafizə olunması üçün hansı tədbir görülməlidir?
Bütün elektrik qurğuları qısa qapanma cərəyanından və digər anomal rejimlərdən (alışmaya və yanğına gətirib çıxaran) qoruyucu aparatlarla müfafizə olunmalıdır. Qoruyucuların əriyən taxmaları üzərində nominal cərəyanı göstərilməklə kalibirlənməlidir (möhür qoruyucunu istehsal edən zavod və ya elektrotexniki labarotoriya tərəfindən vurulmalıdır).
İşıqlandırma şəbəkəsi necə quraşdırılmalıdır?
İşıqlandırma şəbəkəsi elə quraşdırılmalıdır ki, çıraqlar binanın yanan materiallardan hazırlanmış konstruksiyaları ilə təmasda olmasın.
Partlayış təhlükəli binalarda hansı növ işıqlandırıcılardan istifadə olunmalıdır?
Partlayış təhlükəli binalarda və xarici qurğuların elektrik işıqlandırılması partlayışdan mühafizəli çıraqlarla təmin edilməlidir.
Yanğın təhlükəli anbarlarda hansı çıraqlardan istifadə olunmalıdır?
Yanğın təhlükəli anbar otaqlarında yalnız şüşə qapaq ilə təchiz edilmiş mühafizəli çıraqların quraşdırılmasına icazə verilir.
İldırımdan və statik elektrikləşmədən mühafizə qurğularının vəziyyətinə kim cavabdehdir?
Obyektdə istehsalat qurğu və avadanlıqlarının statik elektrikləşmədən qorunması qüvvədə olan norma və qaydalara əsasən aparılmalı, onların istismar üçün yararlı vəziyyətinə cavabdehlik müəssisənin baş energetikinə və ya elektrik təsərrüfatına cavabdeh şəxsə həvalə edilir.
İldırım və statik elektrikləşmədən mühafizə necə aparılır?
İldırım təsirindən və statik elektrikləşmənin boşalmasından mühafizə olunmaq üçün bütün metal aparatlar, çənlər, qazqolderlər, qaz kəmərləri, neft kəmərləri, boşaltma-doldurma qurğuları binaların daxili və xaricində yerləşməsindən asılı olmayaraq yerlə birləşdirilməlidir. Bu zaman mühafizə qurğularının vəziyyətinə cavabdehlik müəssisənin energetikinə və ya elektrik təsərrüfatına cavabdeh şəxsə həvalə olunur.