I fəSİl təBİİ qaz və qaz təSƏRRÜfati haqqinda ümumi MƏlumat


Statik elektriləşmə yüklərinin ötürülməsi üçün nəzərdə tutulmuş yerləbirləşdirici qurğuların müqaviməti nə qədər olmalıdır?



Yüklə 493,24 Kb.
səhifə168/213
tarix25.06.2022
ölçüsü493,24 Kb.
#62281
1   ...   164   165   166   167   168   169   170   171   ...   213
1000 sual - 1000 cavab 21.01.17

Statik elektriləşmə yüklərinin ötürülməsi üçün nəzərdə tutulmuş yerləbirləşdirici qurğuların müqaviməti nə qədər olmalıdır?

Yalnız statik elektriləşmə yüklərinin ötürülməsi üçün nəzərdə tutulmuş yerləbirləşdirici qurğuların müqaviməti 100 OM-dan çox olmamalıdır.

  1. Mühafizə qurğularına baxış və təmiri hansı müddətdən bir aparılmalıdır?

Mühafizə qurğularına baxış və onların cari təmiri texnoloji avadanlıqlara baxış və təmirlə eyni zamanda aparılmalıdır. Avadanlıqların yerlə birləşməsi xüsusi cihazlarla, ildə bir dəfədən az olmayaraq, hər təmirdən sonra yoxlanılmalıdır.

  1. Elektrik avadanlığında yanğının söndürülməsi üçün nə etmək lazımdır?

Yanğının söndürülməsindən əvvəl gərginlik altında olan elektrik avadanlığı dərhal dövrədən açılmalıdır. Əgər avadanlığı dövrədən açmaq mümkün deyilsə, yanğının söndürülməsi üçün karbon qazlı və tozlu odsöndürənlərdən, quru qumdan və azbest örtükdən istifadə olunmalıdır. Gərginlik altında olan yanan elektrik avadanlıqlarının söndürülməsində iştirak edən şəxslər saz və yoxlanılmış fərdi izoləedici elektrik qoruyucu vasitələrlə işləməlidirlər (dielektrik əlcəklər, uzunboğaz çəkmələr).


VI FƏSİL
QAZ TƏSƏRRÜFATININ İSTİSMARINDA YANĞIN TƏHLÜKƏSİZLİYİ QAYDALARI HAQQINDA



  1. Qaz kəmərlərinin qazla üfürülməsi və sınağı zamanı hansı təhlükəsizlik tədbirləri görülməlidir?

Qaz kəmərlərinin qazla üfürülməsi və sınağı zamanı əhatəyə alınmış sahədə mühərriki işləyən avtomobil və traktorların olması, açıq alovdan istifadə edilməsi və siqaretin çəkilməsi qadağandır.

  1. Dəmir və avtomobil yolları yaxınlığındakı qaz kəməri zədələndikdə hansı təhlükəsizlik tədbirləri görülməlidir.

Dəmir və avtomobil yolları yaxınlığındakı qaz kəməri zədələndikdə qəza sahəsi çəpərlənməli, xəbərdarlıqedici nişanlar qoyulmalı, burada nəqliyyatın hərəkəti dayandırılmalı və qəzanın aradan qaldırılması üçün tədbirlər görülməlidir. Xəbərdaredici işarələr qaz kəmərinin zədələnən yerindən şosse yolunun hər iki tərəfindən 800 m-dən az olmayan məsafədə qoyulmalıdır. Bu barədə dəmir yol xidmətinə məlumat verilməlidir.


  1. Yüklə 493,24 Kb.

    Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin