I fəSİl təBİİ qaz və qaz təSƏRRÜfati haqqinda ümumi MƏlumat


Yanğın kranları, yanğın şlanqları və lülələri harada saxlanılmalıdır



Yüklə 493,24 Kb.
səhifə166/213
tarix25.06.2022
ölçüsü493,24 Kb.
#62281
1   ...   162   163   164   165   166   167   168   169   ...   213
1000 sual - 1000 cavab 21.01.17

Yanğın kranları, yanğın şlanqları və lülələri harada saxlanılmalıdır.

Yanğına qarşı daxili su xətlərinin yanğın kranları, yanğın şlaqları və lülələri otaqlarda quraşdırılmış divar şkaflarında saxlanılmalı, şkaflar möhürlənməlidir. Yanğın şlanqları quru olmalı, səliqəli bükülməli, yanğın kranına və yaxud lüləsinə birləşdirilmiş vəziyyətdə saxlanılmalıdır. Şkafın üzərinə “YK” işarəsi, yanğın kranının sıra nömrəsi və yanğın xidmətinin telefon mömrəsi yazılmalıdır.
V FƏSİL
ELEKTRİK TƏSƏRRÜFATINDA YANĞIN TƏHLÜKƏSİZLİYİ HAQQINDA

  1. Elektrik avadanlıqlarının vəziyyətinə cavabdeh şəxslər nələri etməyə borcludurlar?

Elektrik avadanlıqlarının vəziyyətinə cavabdeh şəxslər aşağıdakıları etməyə borcludurlar:

  • elektrik avadanlıqlarına, aparatlarına və elektrik şəbəkələrində vaxtı-vaxtında profilaktik yoxlamaların, planlı-qabaqlayıcı təmirin aparılmasına, nasazlıqların aradan qaldırılmasına;

  • vaxtaşırı qəza ventilyasiyasının sınağının aparılmasına, qaz analizatorların sazlığını yoxlamağa;

  • sistematik olaraq qısa qapanmalardan, həddindən artıq elektrik yüklənmələrindən, daxili və atmosfer gərginliyinin həddindən artıq artmasından qoruyan aparat və qurğuların vəziyyətinə nəzarət etməyə;

  • elektrik qurğularının alışması və bunun nəticəsində əmələ gələn yanğınların araşdırılmasında və bu halların qarşısını almaq tədbirlərinin işlənib hazırlanmasında iştirak etməyə.

  1. Elektrik qurğularının istismarı zamanı nələr qadağandır?

Elektrik qurğularının istismarı zamanı aşağıdakılar qadağandır:

  • izolyasiyası zədələnmiş və istismar prosesi zamanı qoruyucu elektrik izolyasiya xüsusiyyətlərini itirmiş kabel və naqillərdən, odadavamlı altlığı olmayan elektrik qızdırıcı cihazlardan istifadə etmək;

  • zədələnmiş razetkalardan, şaxələndirici və birləşdirici qutulardan, açarlardan və digər elktrik avadanlıqlarından istifadə etmək;

  • iş prosesində səthinin temperaturu ətraf mühitin temperaturundan 40oC–dən yuxarı olan elektrik mühərrik və avadanlıqlarından istifadə etmək;

  • izolyasız naqillərin partlayış təhlükəli otaqlarda istifadəsi.



  1. Yüklə 493,24 Kb.

    Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin