Anbar otaqlarının isidilməsində hansı istilik cıhazlarından istifadə edilə bilər?
Anbar otaqların isidilməsində mərkəzi su və hava istilik cıhazlarından istifadə edilməlidir. Material anbarında qaz piltələrinin, məişət elektrik qızdırıcı cihazların və sobaların quraşdırılması qadağandır.
Yanğın təhlükəsizliyi baxımından anbar müdiri (anbardar) işin sonunda hansı işlər görülməlidir?
Anbar müdiri (anbardar) işin sonunda anbar otaqlarına baxış keçirməli, yanğın təhlükəsinin olmamasına əmin olduqdan sonra elektrik şəbəkəsini söndürməli və anbarı bağlamalıdır.
İstehsalat və yardımçı binaların zirzəmilərində asan alışan və yanar maddələrin saxlanılmasına icazə verilirmi?
İstehsalat və yardımçı binaların, anbarların zirzəmilərində boyaların, rənglərin, kalsium karbidin, dolu qaz balonlarının, AAM, YM və digər partlayış yanğın təhlükəli maddələrin və materialların saxlanılması qadağandır.
III FƏSİL
İSİTMƏ və VENTİLYASİYA SİSTEMLƏRİNDƏ YANĞIN TƏHLÜKƏSİZLİYİ QAYDALARI HAQQINDA
Hansı hallarda isitmə cihazlarının quraşdırılmasına icazə verilir.
İsitmə cihazlarının quraşdırılmasına yalnız obyekt rəhbərinin müəssisənin yanğından mühafizə xidməti ilə yazılı razılaşmasından, yanğın təhlükəsizliyi üzrə məsul şəxslərin təyin edilməsindən və yanğından mühafizə xidmətinin təklif etdiyi bütün tədbirlər həyata keçirildikdən sonra yol verilir.
Sobalı isidicilərin istismarı zamanı nələr qadağandır?
Sobalı isidicilərin istismarı zamanı aşağıdakılar qadağandır:
sobaların odluqlarının qarşısında yanacağın saxlanılması;
sobaların alışdırılmasında benzin, kerosin, dizel yanacağı və digər TAM, YM-in istifadəsi;
sobaların üstünə odunun, paltarların və digər tez alışan əşya və materialların qoyulması və qurudulması;
sobanın qalanması üçün nəzərdə tutulmayan kömür, koks və qazdan istifadəsi;
ventilyasiya kanallarından sobalarda baca kimi istifadəsi.
Dostları ilə paylaş: |