I fəSİl təBİİ qaz və qaz təSƏRRÜfati haqqinda ümumi MƏlumat


Turşuların zərərsizləşdirilməsi üçün hansı maddələrdən istifadə olunmalıdır?



Yüklə 493,24 Kb.
səhifə161/213
tarix25.06.2022
ölçüsü493,24 Kb.
#62281
1   ...   157   158   159   160   161   162   163   164   ...   213
1000 sual - 1000 cavab 21.01.17

Turşuların zərərsizləşdirilməsi üçün hansı maddələrdən istifadə olunmalıdır?

Turşular saxlanılan yerlər nişanlanmalıdır. Təsadüfən dağılmış turşunun zərərsizləşdirilməsi (neytrallaşdırılması) üçün əhəng və yaxud soda məhlulu saxlanılmalıdır.

  1. Asan alışan, yanar maye və yanar qaz anbarları yanğın təhlükəsizliyi baxımından hansı tələblərə cavab verməlidir?

AAM və YM açıq anbarları istehsalat sexləri və yaşayış məntəqələrinə nisbətən aşağı səviyyəli meydançalarda yerləşdirilməlidir. Meydançaların qəza zamanı mayenin axmasının qarşısını alan çəpərləri (bəndi) olmalıdır.



  1. Anbar otaqlarında elektrik açarı harada yerləşdirilməlidir?

Anbar otaqlarında elektrik açarı anbar otağının xaricində, yanmayan divarda, divarları yanar materialdan olan anbarlarda isə ayrıca dirəkdə quraşdırılmış şkafda yerləşdirilməlidi

  1. Yanar qaz balonları saxlanılan anbarlara aid olan yanğın təhlükəsizliyi tələbləri hansılardır?

Anbarların quruluşu qüvvədə olan norma və qaydaların tələblərinə cavab verməlidir. Anbar otaqlarının daxili taxta konstruksiyaları oda davamlı tərkiblə hobdurulmalıdır. Yanar qaz balonları saxlanılan anbarlar yüngül örtüklü, bir mərtəbəli olmalıdır. Yanar qaz balonları atmosfer çöküntülərindən və günəş şüalarından qorunmaqla açıq meydançalarda saxlanıla bilər. Yanar qaz balonları digər oksigen, sıxılmış hava, xlor və s. balonlardan ayrı saxlanılmalıdır.

  1. Anbarda müxtəlif material və məmulatlar necə saxlanılmalıdır?

Anbarda müxtəlif material və məmulatlar, yanğının söndürülməsində istifadə olunan yanğınsöndürmə vasitələrindən (su, köpük, karbon qazı) asılı olaraq və materialların eyni yanma xüsusiyyətinə görə seçilib yığılmalı və digər maddə və materiallardan (azot və sulfat turşusu, digər üzvi maddələr və karbohidrogenlərdən) ayrı saxlanılmalıdır. Material anbarında qaz pilətələrinin, məişət elektrik qızdırıcı cihazların və sobaların quraşdırılması qadağandır. Material anbarında rəflər yanmayan materialdan hazırlanmalıdır. Material anbarlarının otaqlarında elektrokar, avtoyükləyici və digər daxili yanma mühərrikli texnikanın saxlanılması qadağandır.


  1. Yüklə 493,24 Kb.

    Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin