Yüksək yanğın təhlükəli sahələrdə işləyən işçilərin biliklərini təkmilləşdirmək üçün hansı işlər görülməlidir?
Yüksək yanğın təhlükəli sahələrdə işləyən fəhlə, qulluqçu və MTİ-lərin yanğın təhlükəsizliyi üzrə biliklərini təkmilləşdirmək, istehsalatın texnolojı prosesinin xüsusiyyətindən aslı olaraq, yanğın təhlükəsizliyi qaydalarını öyrətmək, mövcud yanğınsöndürmə vasitələri ilə tanış etmək və yanğın zamanı əməli hərəkət qaydalarını öyrətmək məqsədi ilə onlarla yanğın-texniki minimum (YTM) məşğələləri keçirilməlidir.
Yanğın-texniki minimum proqramı üzrə məşğələlər bilavasitə sexlərdə, qurğularda, istehsalat sahələrində, lobaratoriyalarda və s. yerlərdə aparılmalıdır. Məşğələlər ixtisas kateqoriyaları üzrə qruplarla (elektrik qaz qaynaqçıları, elektriklər, yanacaq anbarları təsərrüfatının fəhlələri və s.) ildə bir dəfədən az olmayaraq keçirilməlidir. Məşğələlərin proqramı və keçirilmə qaydası müəssisənin yanğın təhlükəsizliyi ilə əməyin mühafizəsi və təhlükəsizlik texnikası xidmətləri tərəfindən birlikdə işlənib hazirlanmalıdır.
Yanğın zamanı insanların təhlükəsizliyinin təmin olunması məqsədlə hansı tədbirlər görülməlidir?
Hər bir müəssisədə təxliyyə planı olmalıdır, işçilər həmin planla tanış edilməli və planlar binaların görünən yerində asılmalıdır;
İnsanların köçürülmə yollarındakı divar və tavanların bəzədilməsində yanan materiallardan, səthi yanan və yanğın zamanı boğucu qazlar ayrılan materiallardan istifadə edilməməlidir;
Yanğın və qəza hallarında insanların evakuasiya edilməsinə imkan verən xüsusi avadanlıqlar daim saz vəziyyətdə saxlanılmalıdır;
İstehsalat, inzibati, ictimai və digər təyinatlı binalarda yanğın baş verərkən insanların təxliyyə planı üzrə tez köçürülmə imkanları həyata keçirilməli və yanğının yayılmasının qarşısının alınmasını təmin etməlidir.
Ərazilərə, istehsalat və inzibati binalara, otaqlara və avadanlıqlara olan yanğın təhlükəsizliyi tələbləri hansılardır?
Müəssisələrin və obyektlərin əraziləri, istehsalat otaqları və avadanlıqları daim təmiz və qaydasında olmalı, istehsalat qalıqları, zibil, quru ot yığılmalı və xüsusi yerlərə daşınmalıdır;
İstehsalat ərazisinin, otaqların və avadanlıqların asan alışan və yanar maddələrlə, zibil və istehsalat qalıqlıqları ilə çirklənməsinə, ətraf mühitə zərər verə biləcək maddə və materialların yandırılmasına yol verilməməlidir;
Müəssisə ərazisində, açıq anbar və çuxurlarda asan alışan və yanar maddələrin saxlanılmasına yol verilməməli, bu cür maddələr hopmuş yerlər təmizlənməli və həmin yerlərə quru qum tökülməlidir.