təlimatın əsasını təşkil edən sənədlər dəyişdikdə.
Fəhlə və mühəndis-texniki işçilərin yanğın təhlükəsizliyi məsələləri üzrə öyrədilməsi və təlimatlandırılması necə təşkil olunur?
Fəhlə və MTİ-rin təlimatlandırılması müəssisənin rəhbərliyi tərəfindən verilən əmrlə, qüvvədə olan qaydaların tələblərinə uyğun olaraq təşkil edilir. İşçilərlə keçirilən yanğın təhlükəsizliyi üzrə təlimat giriş və iş yerində təlimatlandırma zamanı keçırılməlidir. Müəssisəyə işə qəbul edilmiş bütün işçilər, həmçinin təcrübəyə göndərilmiş, ezam edilmiş və müvəqqəti işə qəbul edilmiş bütün şəxslərlə giriş və ilkin təlimat keçməlidirlər. Çiriş təlimatı müəssisənin əməyin mühafizəsi xidməti, ilkin və təkrar təlimatlar isə sahənin, obyektin rəisləri (onların müavinləri) tərəfindən keçirilməlidir.
İdarə və müəssisələrdə yanğın təhlükəsizliyi ilə bağlı verilən əmrdə nələr təyin edilməlidir?
yanğınsöndürmə və yanğın siqnalizasiya qurğularının istismarı və saxlanılması üzrə cavabdeh şəxs;
yanğın-texniki minimum proqramı üzrə təlim keçəcək işçilərrin siyahısını;
yanğına qarşı təlimatlandırmanı və yanğın-texniki minimum üzrə məşğələləri aparacaq işçilərin siyahısını;
yanğına qarşı təlimatlandırmanı və yanğın-texniki minimum üzrə məşğələlərin keçirilmə yerlərini;
yanğın təhlükəsizliyi üzrə təlimatlandırılmış və yanğın-texniki minimum proqramı üzrə öyrədilmiş şəxslərin qeydiyyatının aparılma qaydasını;