I fəSİl təBİİ qaz və qaz təSƏRRÜfati haqqinda ümumi MƏlumat


Yükqaldırma və boşaltma zamanı tətbiq edilən kanatların sazlığının təyin edilməsi qaydası necədir?



Yüklə 493,24 Kb.
səhifə180/213
tarix25.06.2022
ölçüsü493,24 Kb.
#62281
1   ...   176   177   178   179   180   181   182   183   ...   213
1000 sual - 1000 cavab 21.01.17

Yükqaldırma və boşaltma zamanı tətbiq edilən kanatların sazlığının təyin edilməsi qaydası necədir?

Yükqaldırıcı maşınlar və yüktutan tərtibatlarda tətbiq olunan polad kanatlar aşağıdakı nöqsanlar aşkar olunursa yenisi ilə əvəz olunmalıdır:

  • kanatın bir teli qırıldıqda;

  • diametri 20mm-ə qədər olan kanatın addım burğusunun qırılmış məftillərinin sayı kanatın ümumi məftillərinin sayının 5%-dən çoxdursa, diametri 20 mm-dən böyük olan kanatlarda isə 10%-dən çox olduqda;

  • kanatın dartılması nəticəsində onun diametri ilkin diametrinin 75%-ni təşkil etdikdə;

  • kanatda burulmalar baş veribsə;

  • yeyilmə, paslanma nəticəsində onun diametri əvvəlki diametrinin 40%-ni təşkil etdikdə.

  1. Qaldırıcı kranların təhlükəsiz işinin təmin edilməsi üçün müəssisə rəhbərliyi kimi məsul şəxs təyin edə bilər?

Kran təsərrüfatına birbaşa məsul olan mühəndis-texniki işçilərdən birini.

  1. Yükqaldırma maşınlarda, yüklərin qaldırılmasını məhdudlaşdıran mexanizmə və oxun çıxmaması üçün tələb olunan təhlükəsizlik qaydası?

Qülləli, qollu kranlar mütləq yükqaldırmanı məhdudlaşdıran mexanizm və oxun çıxmaması üçün avtomatik söndürücülərlə təmin olunurlar.

  1. Yükqaldırıcı kranların nəzarət orqanlarında qeydiyyata alınma qaydası?

Nəzarət orqanlarından aşağıda göstərilən yükqaldırıcı maşınlar qeydiyyatdan keçir:

  • qarmaqla işləmək üçün nəzərdə tutulmuş ekskavatorlar;

  • ekskovator kranları;

  • portal kranlar;

  • körpülü kranlar;

  • avtokranlar.

Aşağıda göstərilən kranlar nəzarət orqanlarından qeydiyyatdan keçmir:

  • əl ilə idarə olunan kranlar, həmçinin əl ilə işləyən hərəkətdə olan mexanizmlər;

  • yükqaldırma qabiliyyəti 10t-dək (10t daxil olmaqla) olan yerdən idarə olunan körpülü kranlar, hərəkət edən və ya dönə bilən konsollu kranlar;

  • yükqaldırma qabiliyyəti 1 tona (1 t daxil olmaqla) qədər olan oxlu və qülləli kran yükqaldırıcı kranlar DDTNK-da məxsus olduğu idarə rəhbərliyinin ərizəsi və yükqaldırıcı maşının pasportu əsasında qeydiyyata alınır.

Ərizədə yükqaldırıcı kranların təhlükəsiz işinə nəzarət edən bilikləri yoxlanılmış cavabdeh şəxslər və krana xidmət heyəti haqqında məlumat olmalıdır və göstərilməlidir ki, kranın texniki vəziyyəti onun təhlükəsiz işləməsini təmin edə bilər. Kranları qeydiyyata alarkən ərizəyə kranı quraşdıran təşkilatın məsul şəxsi tərəfindən imzalanmış quraşdırma işlərinin aparılmasını təsdiq edən akt əlavə edilməlidir. Yükqaldırıcı kranlar yanalma körpüsü üzərində quraşdırılarsa, kranın orada quraşdırılmasının mümkünlüyü haqqında arayış təqdim edilməlidir.
Yükqaldırıcı kranın hazırlandığı zavod tərəfindən verilmiş pasportu yoxdursa, o, məxsus olduğu idarə tərəfindən hazırlanmış pasport əsasında qeydiyyata alına bilər.


  1. Yüklə 493,24 Kb.

    Dostları ilə paylaş:
1   ...   176   177   178   179   180   181   182   183   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin