IV FƏSİL TƏZYİQ ALTINDA İŞLƏYƏN QABLARIN İSTİSMARI ZAMANI TƏHLÜKƏSİZLİK QAYDALARI HAQQINDA
Neft və qaz sənayesində istismarda olan təzyiq altında işləyən qabların istismarı hansı qaydalarla tənzimlənir?
“Neft, qaz və neft-kimya sənayesində təzyiq altında işləyən qabların quruluşu və texniki təhlükəsizlik Qaydaları”na əsasən.
Hansı şəxslər oksigen balonlarının daşınması və onlara xidmət göstərilməsinə buraxıla bilər?
Oksigen balonlarının daşınması, onların saxlanıldığı anbarda xidmət işlərinə 18 yaşından yuxarı, tibbi müayinədən keçmiş, sağlam, nəzəri və praktiki hazırlığı olan, yerinə yetirdiyi iş həcmində “təzyiq altında işləyən qabların qurluşu və təhlükəsizlik istismar qaydaları” üzrə bilikləri yoxlanılmış işçilər buraxıla bilər.
Təzyiq altında işləyən qabların istismarı ilə əlaqəli baş vermiş qəzaların və bədbəxt hadisələrin tədqiqatı necə aparılır?
Təzyiq altında işləyən qabların istismarı ilə əlaqəli baş vermiş qəzaların və bədbəxt hadisələrin texniki təhqiqatı Azərbaycan Respublikası NK 28.02.2000-ci il tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydaları”nın tələblərinə uyğun olaraq FHN-nin SİTGDMND Agentliyi tərəfindən yaradılan xüsusi komissiya həyata keçirməlidir.
Qəza və bədbəxt hadisə baş verdiyi halda təhqiqat komissiyası hadisə yerinə baxış keçirənədək iş yerindəki şərait və avadanlıqların vəziyyəti hadisənin baş verdiyi anda olduğui kimi saxlanılmalıdır (əgər həmin şərait və vəziyyət ətrafdakı insanların həyatı və səhhəti üçün təhlükə yaratmırsa və qəzaya səbəb olmursa).
Təzyiq altında olan yanar qaz balonlarının saxlanılması necə həyata keçirilir?
Yanar qaz balonları üçün anbarların təchizatı, partlayış təhlükəli otaqlar üçün müəyyən olunmuş normalara uyğun olmalıdır, təbii hava mübadiləsi və yaxud süni ventilyasiya sistemi ilə təchiz edilməlidir. Anbarlarda balonlarla davranma qaydalarını əks etdirən təlimatlar, qaydalar və plakatlar asılmalıdır. Anbarlar ildırımdan mühafizə olunmuş zonada yerləşdirilməlidir.
Qazla dolu balonlar xüsusi qapalı yerlərdə və açıq havada saxlanıla bilər. Lakin bu halda balonlar atmosfer yağıntılarından və günəş şualarından mühafizə olunmalıdır. Oksigen və yanar qaz balonlarının eyni anbarda bir yerdə saxlanılması qadağandır.