Hansı hallarda sistern və çəlləklərin qazla doldurulması qadağandır?
Sistern və çəlləklərin aşağıdakı hallarda qazla doldurulması qadağandır:
təyin edilmiş şəhadətləndirilmə müddəti olduqda;
armatur və nəzarət-ölçü cihazları olmadıqda və ya nasaz vəziyyətdə olduqda;
müvafiq rəngə boyanmadıqda və ya yazılar olmadıqda;
sisternlərə və çəlləklərə onlar üçün nəzərdə tutulmayan qaz doldurduqda.
Hansı balonlara qazın doldurulması qadağandır?
Aşağıdakı balonlara qazın doldurulması qadağandır:
növbəti şəhadətləndirmə vaxtı keçmiş;
məsaməli kütlənin yoxlama müddəti keçmiş;
gövdəsi zədələnmiş;
ventilləri nasaz olan;
müvafiq rənglə boyanmamış və müvafiq yazıları olmayan;
qazın izafi təzyiqi olmadıqda;
müvafiq damğası olmayan.
Qazın izafi təzyiqi olmayan balonlara doldurulması, doldurmanı həyata keçirən müəssisənin (qaz doldurma stansiyası) təlimatına uyğun olaraq əvvəlcədən yoxlanıldıqdan sonra yetirilməlidir.
Hansı hallarda təzyiq altında işləyən qabların istismarı qadağan olunmalıdır?
Aşağıda qeyd olunan hallar aşkar edildikdə təzyiq altında işləyən qabların istismarı qadağan olunmalıdır:
təhlükəsizliyin pozulmasına səbəb ola biləcək qüsürlar və ya müvafiq qaydaların tələblərinə riayət edilməməsi;
istehsalçı tərəfindən müəyyən olunmuş istismar müddətinin və ya növbəti şəhadətləndirilmə müddətinin bitməsi;
qabın saz vəziyyətinə, təhlükəsiz istismarına və onun texniki vəziyyətinə nəzarət edən cavabdeh şəxsin qaydalarda müəyyən olunmuş qaydada təyin olunmaması və yaxud biliklərin yoxlanılmaması;
təhlükəsizlik avtomatikasının, qəza siqnalizasiyasının nasazlığı.
Bu halda təzyiq altında işləyən qabın pasportuna Qaydaların müvafiq bəndlərinə istinad edilərək, onun istismarına qadağa qoyulmasının səbəbləri qeyd olunmalıdır.