I fəSİl təBİİ qaz və qaz təSƏRRÜfati haqqinda ümumi MƏlumat


Təhlükəli yüklər hansı avtomobillərdə daşına bilər?



Yüklə 493,24 Kb.
səhifə185/213
tarix25.06.2022
ölçüsü493,24 Kb.
#62281
1   ...   181   182   183   184   185   186   187   188   ...   213
1000 sual - 1000 cavab 21.01.17

Təhlükəli yüklər hansı avtomobillərdə daşına bilər?

Təhlükəli yüklər ixtisaslaşdırılmış xüsusi banlı və ya onların daşınması üçün avadanlıqlaşdırılmış xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələri ilə daşınır. Həmin nəqliyyat vasitələrinin texniki-istismar göstəriciləri və texniki vəziyyəti onları istehsal edən zavodun təlimatının, «Nəqliyyat haqqında» və «Yol hərəkəti haqqında» qanunların, müvafiq normativ aktların, bu Qaydaların və xüsusi razılığın (lisenziyanın) tələblərinə və müəyyən növ təhlükəli yüklərin daşınma şərtlərinə cavab verməlidir.
Yuxarıda göstərilən texniki vasitələr Dövlətdağmədəntexnəzarət Agentliyi tərəfindən verilən şəhadətnamə əsasında DYP-də qeydiyyata alına bilər.

  1. Partlayış təhlükəli maddə və məmulatları daşıyan avtomobillərin səsboğanları hansı tələblərə cavab verməlidir?

Partlayış təhlükəli maddə və məmulatları, tez alışan maye və qazları (çəndə və ya konteynerlərdə) daşıyan nəqliyyat vasitəsi radiatorun qabağından sağ tərəfə çıxan səsboğanla təchiz edilir. Mühərrikin yerləşməsi bu cür avadanlıqlaşdırmaya imkan vermədikdə, səsboğan yanacaq borularından, bandan və çəndən aralı sağ tərəfə çıxarılır.
Tez alışan maye və qazları daşıyan nəqliyyat vasitəsinin səsboğanı asan sökülən və quraşdırılan qığılcımsöndürənlə təchiz edilir.
Həmin nəqliyyat vasitələrinin yanacaq çənlərinin qabaq və arxa tərəfləri metal lövhələrlə qorunmalı, oturacağına 10x10 mm ölçüdə deşikləri olan metal tor quraşdırılmalıdır. Metal lövhə və torla çənin arasındakı məsafə 20 mm-dən az olmamalıdır.

  1. Təhlükəli yükləri daşıyan nəqliyyat vasitəsinin sürücüsündə yol hərəkəti qaydalarında göstərilənlərdən əlavə hansı sənədlər olmalıdır?

Təhlükəli yükləri daşıyan nəqliyyat vasitəsinin sürücüsündə yol hərəkəti qaydalarında göstərilənlərdən əlavə aşağıdakı sənədlər olmalıdır:

  • daşınmaya məsul şəxs olmadıqda təhlükəli yükün daşınma marşrutu;

  • nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında şəhadətnamə;

  • sürücünün təhlükəli yüklərin daşınmasına buraxılması haqqında şəhadətnamə;

  • təhlükə barədə xəbərdarlıq sisteminin qəza vərəqəsi.

Təhlükəli yükləri daşıyan nəqliyyat vasitələrinin yol vərəqəsinin sol yuxarı küncündə qırmızı rəngli mürəkkəblə «Təhlükəli yük» sözləri qeyd edilməlidir.


  1. Yüklə 493,24 Kb.

    Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin