I fəSİl təBİİ qaz və qaz təSƏRRÜfati haqqinda ümumi MƏlumat


Yükqaldırma kranlarının sınanması qaydası?



Yüklə 493,24 Kb.
səhifə181/213
tarix25.06.2022
ölçüsü493,24 Kb.
#62281
1   ...   177   178   179   180   181   182   183   184   ...   213
1000 sual - 1000 cavab 21.01.17

Yükqaldırma kranlarının sınanması qaydası?

İstismarda olan qaldırıcı qurğular hər ildə bir dəfədən az olmayaraq qeyri/tam texniki sınaqdan keçməlidirlər. Tam texniki sınaq zamanı krana baxış aparılmalı, statik və dinamik sınaqlardan keçirilməlidir. Texniki sınağın məqsədi aşağıdakılardır:

  • Qaldırıcı qurğunun və onun hissələrinin qeydiyyatda göstərilmiş sənədlərə və qaydalara uyğunluğu;

  • Qaldırıcı qurğunun saz olması və onun təhlükəsiz işləməsinin təmin olunması;

  • Qaldırıcı qurğuya təhlükəsizlik qaydalarına uyğun olaraq xidmət edilməsi.

Statik sınaq zamanı kranın yükqaldırma qabiliyyətindən 25% əlavə yük verilir. Dinamik sınaqda isə 10% əlavə yük verilir. Statik sınaqda yük 20-30 sm qaldırılır və 10 dəq saxlanılır. Dinamik sınaqda yük hərəkət etdirilir, sonra bütün elementlər yoxlanılır.

  1. Qollu kranların təhlükəsizliyini təmin edən cihazlara və quruluşlara tələb olunan təhlükəsizlik qaydası?

Qollu kranlarda qolun qaldırılmasında avtomatik söndürücü qoyulur ki, axıra yaxınlaşanda dayandırılsın, həmçinin bu kranlarda yükün qaldırılması məhdudiyyəti vardır ki, həmin anda yükqaldırma avtomatik dayandırılır. Qollu kranın kabinəsində kranlı əyilmə dərəcəsini göstərən göstəricisi quraşdırılır. Bu kranlarda həmçinin səs siqnalı olur.

  1. Kranların və onların elementlərinin təmiri üçün icazənin alınması qaydası?

Kranların və onların aparıcı elementlərinin təmiri DDTNK-nın icazə verdiyi müəssisələr tərəfindən aparıla bilər. Belə işlərin aparılmasına icazə “qaldırıcı qurğuların hazırlanmasına nəzarət üzrə təlimat”da göstərilən qaydada verilir. Kranların və onların ayrı-ayrı elementlərinin hazırlanmasına icazə o zavoda verilir ki, onun texniki imkanları olsun və qaynaq işlərinin keyfiyyətinə nəzarət etməyə qaydalar əsasında imkan olsun.
Kranları seriya ilə hazırlayan zavod texniki nəzarət orqanına icazə almaq üçün aşağıdakı sənədləri təqdim etməlidir:

Kranların elementlərinin təmiri üçün icazə almaq üçün zavod texniki nəzarət orqanına aşağıdakı sənədləri təqdim etməlidir:

  • hazırlanacaq elementlərin cizgiləri, texniki şərtlər (təsdiq olunmuş formada), bilikləri yoxlanılmış qaynaqçıların sayı haqqında arayış.


  1. Yüklə 493,24 Kb.

    Dostları ilə paylaş:
1   ...   177   178   179   180   181   182   183   184   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin