Hansı hallarda təzyiq altında işləyən qabların işi dərhal dayandırılmalıdır?
Qabların iş rejimi və təhlükəsiz xidməti üzrə təlimatda aşağıda nəzərdə tutulmuş hallarda onların işi dərhal dayandırılmalıdır:
qabın daxilində təzyiq yol verilən həddən yuxarı qalxdıqda və işçi heyət tərəfindən görülən tədbirlərə baxmayaraq aşağı enmədikdə;
təzyiqin artmasının qarşısını alan qoruyucu qurğuların nasazlığı aşkar olunduqda;
təzyiq altında işləyən qablarda və onun hissələrində hermetikliyin pozulması, qabarıqların olması, kipləyicilərin (araqatların) partlaması aşkar olunduqda;
manometr nasaz olduqda;
odla qızdırılan qablarda maye səviyyəsi yol verilə bilən səviyyədən aşağı düşdükdə;
maye səviyyə ölçənləri sıradan çıxdıqda;
qoruyucu bloklayıcı qurğuların nasazlığı zamanı;
təzyiq altında olan qaba bilavasitə təhlükə yarada bilən yanğın baş verdikdə.
Sənayedə təzyiq altında işləyən qabların, hidravlik sınağı və ya ildə bir dəfə olaraq texniki baxışdan keçməlidir, əks halda onların istismarı dərhal dayandırılmalıdır.
Təzyiq altında işləyən balonların həcmi necə müəyyən edilir?
Təzyiq altında işləyən balonların həcmi onun su ilə dolu kütləsi ilə boş vəziyyətdəki kütləsi arasındakı fərqə görə və ya ölçü bakına görə müəyyən edilir.
Təzyiq altında işləyən balonların şəhadətnaməsində hansı məlumatlar və kim tərəfindən yazılır?
Hazırlanmış balonların şəhadətləndirilməsinin nəticələri istehsalçının Texniki nəzarət şöbəsi tərəfindən aşağıdakı məlumatları əks etdirən cədvələ yazılır:
balonun nömrəsi;
balonun hazırlanma və növbəti şəhadətləndirilmə tarixi (ay, il);