I fəSİl təBİİ qaz və qaz təSƏRRÜfati haqqinda ümumi MƏlumat


Təzyiq altında işləyən qabların quraşdırılmasına harada və hansı şərtlərlə icazə verilir?



Yüklə 493,24 Kb.
səhifə191/213
tarix25.06.2022
ölçüsü493,24 Kb.
#62281
1   ...   187   188   189   190   191   192   193   194   ...   213
1000 sual - 1000 cavab 21.01.17

Təzyiq altında işləyən qabların quraşdırılmasına harada və hansı şərtlərlə icazə verilir?

Təzyiq altında işləyən qabların quraşdırılmasına aşağıdakı şərtlərlə icazə verilir:

  • binadan əsaslı divarla ayrılması şərti ilə istehsal binalarına bitişik örtülü yerlərdə (otaqlarda);

  • sahə üzrə təhlükəsizlik qaydalarında nəzərdə tutulduğu halda istehsal sahələrində;

  • armaturu idarə etmək və ona baxış keçirmək üçün daxil olma imkanının olması, torpaq və azan cərəyan korroziyalarından qabın divarlarının qorunması şərti ilə torpağa basdırmaqla.

  1. Təzyiq altında işləyən qablarda daxili təzyiq nədir?

Təzyiq altında işləyən qabın divarının daxili səthinə təsir edən təzyiqə daxili təzyiq deyilir.

  1. Balonda təzyiqi nə ilə ölçürlər və harada quraşdırılır?

Hər bir qab və müxtəlif təzyiqləri olan müstəqil boşluqlar birbaşa ölçən manometrlərlə təchiz olunmalıdırlar. Manometrlər qabın ştuseri və ya qabla bağlayıcı armatur arasında olan boru kəməri üzərində quraşdırılır.

  1. Manometrlər hansı dəqiqlik sinfinə aid olmalıdır?

Manometrlər - qabın işçi təzyiqi 2,5 MPa (25kqq/sm2) –a qədər olduqda - 2,5; qabın işçi təzyiqi 2,5 MPa (25kqq/sm2) -dan yuxarı olduqda - 1,5-dən az olmayan dəqiqlik sinfinə malik olmalıdırlar.

  1. Manometr necə quraşdırılmalıdır?

Manometr elə quraşdırılmalıdır ki, onun göstəriciləri xidməti personala aydın görünsün.

  1. Təzyiq altında işləyən qablarla məşğul olanlar harada attestasiyadan keçirilməlidir?

Qabların layihələndirilməsi, hazırlanması, yenidən qurulması, quraşdırılması, sazlanması, təmiri, diaqnostikası və istismarı ilə məşğul olan rəhbər işçilər və mütəxəssislər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyində.


  1. Yüklə 493,24 Kb.

    Dostları ilə paylaş:
1   ...   187   188   189   190   191   192   193   194   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin