I fəSİl təBİİ qaz və qaz təSƏRRÜfati haqqinda ümumi MƏlumat


Tullantıların identifikasiyası nədir?



Yüklə 493,24 Kb.
səhifə199/213
tarix25.06.2022
ölçüsü493,24 Kb.
#62281
1   ...   195   196   197   198   199   200   201   202   ...   213
1000 sual - 1000 cavab 21.01.17

Tullantıların identifikasiyası nədir?

Tullantıların identifikasiyası istehsal prosesində əmələ gələn tullantıların təhlükəli və ya təhlükəsiz olmasının təyin edilməsidir.

  1. Neft-qaz emalı sahəsində atmosferə atılan və ətraf mühiti çirkləndirən əsas hansı maddələrdir?

Neft-qaz emalı sahəsində əsas çirkləndiricilər-karbohidrogenlər, uçucu üzvi birləşmələr, karbon oksidləri və azot oksidləridir.

  1. Atmosfer çirklənməsinin nəticəsi nə ola bilər?

Ozon qatının deşilməsi, istixana effekti, turşulu yağışlar atmosfer çirklənməsinin nəticəsi ola bilər.

  1. Torpağın çirklənməsi nə deməkdir?

Radioaktiv maddələr, erroziya, şorlaşma, bataqlaşma və s. nəticəsində torpağın məhsuldarlığının azalması torpağın çirklənməsi deməkdir.

  1. Ekoloji terror nədir?

Ekoloji terror-digər ölkə və ya şəxs tərəfindən digər ölkənin flora və faunasına zərər yetirməklə, təbii sərvətlərini məhv etməklə vurulan ziyandır.

  1. Ekologiyanı mühitə görə necə qruplaşdırmaq olar?

Ekologiyanı mühitə görə suyun ekologiyası, torpağın ekologiyası, havanın ekologiyası üzrə qruplaşdırmaq olar.

  1. Atmosfer havasının kimyəvi tərkibi necədir?

Atmosfer havasının kimyəvi tərkibi belədir: azot 78,1%, oksigen 21%, təqribən 1 % isə təsirsiz qazların payına düşür.

  1. Nəqliyyat vasitələri tərəfindən atmosfer havasına ən çox hansı zərərli maddələr atılır?

Nəqliyyat vasitələri tərəfindən atmosfer havasına ən çox dəm qazı atılır.

  1. İstilik-elektrik mərkəzlərində hansı yanacaqdan istifadə olunduqda atmosfer havasına daha az zərərli maddələr atılır?

İstilik-elektrik mərkəzlərində təbii qaz yanacağından istifadə olunduqda atmosfer havasına daha az zərərli maddələr atılır.


  1. Yüklə 493,24 Kb.

    Dostları ilə paylaş:
1   ...   195   196   197   198   199   200   201   202   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin