Qəza vəziyyəti və bədbəxt hadisənin baş verməsinə səbəb olan və ya qəza vəziyyəti və bədbəxt hadisənin potensial baş verməsinə imkan verən hadisəyə insident deyilir.
Hədəf nədir?
Hədəf ölçülə bilən və dəqiq olmalıdır.
Müştəri məmnuniyəti və şikayətlərin araşdırılması hansı beynəlxalq standartda əks olunur?
Müştəri məmnuniyəti və şikayətlərin araşdırılması ISO 10002 beynəlxalq standartında əks olunur.
Laboratoriya ölçmələrində xətalar necə müəyyənləşdirilir?
Laboratoriya ölçmələrində xətalar müqayisə yolu ilə müəyyənləşdirilir.
Müəssisənin fəaliyyəti hansı tələblər əsasında həyata keçirilir ?
Müəssisənin fəaliyyəti qanunvericilik və müştəri tələbləri əsasında həyata keçirilir.
Təşkilati baxımdan müəssisə hansı resurslara malik olmalıdır?
Təşkilati baxımdan müəssisə Maddi və insan resurslarına malik olmalıdır.
Qeyd nədir?
Qeyd həyata keçirilən fəaliyyətin dəlilini təmin edən və ya əldə edilən nəticələri sübut edən sənəddir.
Önləyici fəaliyyət nəyə deyilir?
Potensial uyğunsuzluğun səbəbinin aradan qaldırılması üçün görülən işə önləyici fəaliyyət deyilir.
Müştəri anlayışı nədir?
Müştəri məhsulu alan müəssisə və ya şəxsdir. Təlimat özündə nələri əks etdirməlidir?
Təlimat müəssisənin daxilində hər hansı konkret işlərin yerinə yetirilmə ardıcıllığını və məxsusi detallarını özündə əks etdirən sənəddir. Keyfiyyət İdarəetmə Sisteminin tətbiqindən hansı faydalar əldə edilə bilər?