Keyfiyyət sahəsində məqsədləri kim müəyyənləşdirir ?
Keyfiyyət sahəsində məqsədləri Ali rəhbərlik müəyyənləşdirir.
Rəhbərlik ildə neçə dəfə məlumatların təhlilini təşkil etməlidir ?
Rəhbərlik ildə bir dəfədən az olmayaraq məlumatların təhlilini təşkil etməlidir.
Audit hansı beynəlxalq standartda təsvir edilir ?
Audit ISO 19011 beynəlxalq standartında təsvir edilir.
Auditin mərhələləri hansılardır ?
Hazırlıq
Audit
yekun tədbirlər.
Audit hansı müddəalara əsasən keçirilməlidir ?
Audit qüvvədə olan standartlara, normativlərə, təlimatlara və prosedurlara əsasən keçirilməlidir.
Auditin keçirilməsi barədə əvvəlcədən məlumat verilməlidirmi ?
Bəli auditin keçirilməsi barədə əvvəlcədən məlumat verilməlidir.
Auditor hansı keyfiyyətlərə malik olmalıdır ?
Auditorlar aşağıdakı keyfiyyətlərə malik olmalıdırlar:
Diplomatik, dürüst, qərəzsiz, ünsiyyətcil
Köməksevər, inadkar, vicdanlı, professional
Səbirli, açıq fikirli, dəqiq, məntiqli
Əməkdaşlıq edən, müşahidəçi, etik.
Auditor işlədiyi bölməni audit edə bilərmi ?
Xeyr Auditor işlədiyi bölməni audit etməməlidir.
Bədbəxt hadisə nədir?
Bədbəxt hadisə işçinin zədə almasına, xəstələnməsinə və ya ölümünə səbəb olan arzuolunmaz haldır.
Keyfiyyəti İdarəertmə Sisteminin sənədləri necə idarə olunur ?
Keyfiyyəti İdarəertmə Sisteminin sənədləri Kodlaşdırılaraq idarə olunur.
Dostları ilə paylaş: |