Azərbaycanda ekoloji təhlükəsizliyin pozulma səbəbləri nələrdir?
Sənayenin, kənd təsərrüfatının, nəqliyyatın intensiv inkişafı Azərbaycanda ekoloji təhlükəsizliyin pozulma səbəbləridir.
Azərbaycanda atmosferə ən çox atılan kimyəvi maddə hansıdır?
Azərbaycanda atmosferə ən çox atılan kimyəvi maddə Karbohidrogenlərdir. Xəzərin çirklənməsinin yaratdığı ekoloji problemin nəticəsi nədir?
Xəzərin çirklənməsinin yaratdığı ekoloji problem Bioloji resursların azalmasıdır.
Ekoloji aspekt nədir?
Ətraf mühitə təsir edə biləcək potensial mənbəyə ekoloji aspekt deyilir.
Aspektlərin qiymətləndirilməsi hansı formulaya əsasən hesablanır?
Aspektlərin qiymətləndirilməsi Risk = ehtimal x şiddət formulasına əsasən hesablanır.
Rekultivasiya hansı metodlarla həyata keçirilir?
Rekultivasiya mexaniki, fiziki və bioloji metodlarla həyata keçirilir.
Meşələrin ətraf mühitdə rolu nədən ibarətdir?
Meşələr atmosfer havasını zərərli tullantılardan təmizləyir, atmosferi oksigen ilə təmin edir, torpaq örtüyünü eroziya prosseslərindən qoruyur, su obyektlərinin rejiminə müsbət təsir göstərir.
Xəzər dənizinin çirklənmə mənbələri hansılardır?
BEYNƏLXALQ İDARƏETMƏ SİSTEMLƏRİ HAQQINDA ISO nədir?
ISOBeynəlxalq standartlaşdırma təşkilatıdır və təşkilatın ingilis dilində qısaldılmış adıdır (İnternational Sertification of Organisation).
ISO 9001 nədir?
ISO 9001 Keyfiyyət idarəetmə sistemi üzrə beynəlxalq standartdır.