SOCAR-ın müəssisələrində ekoloji monitorinqlərin keçirilməsi səlahiyyəti hansı dövlət qurumuna verilmişdir?
SOCAR-ın müəssisələrində ekoloji monitorinqlərin keçirilməsi səlahiyyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin Mühafizəsi Departamentinə verilmişdir.
Xəzər dənizinə axıdılan çirkab suların mənbələri hansı böyük çaylardır?
Xəzər dənizinə axıdılan çirkab suların mənbələri Volqa, Kür və Ural çaylarıdır.
Ekoloji problemlər miqyasına görə neçə yerə bölünür?
Ekoloji problemlər miqyasına görə 3 yerə a) lokal; b) regional, v) qlobal problemlərə bölünür.
Litosfer nədir?
Litosfer Yer Kürəsinin bərk hissəsi-qabığı və mantiyanın bir hissəsidir.
Biosfer nədir?
Biosfer – Yer kürəsində canlı həyatın yayıldığı sahədir.
Təbii qazın digər yanacaq növlərindən üstünlüyü nədir?
Təbii qaz-ucuz və ekoloji cəhətdən ən təmiz yanacaq növüdür.
Kağız istehsalında nə qədər ağac istifadə olunur?
1 ton ofis kağızının istehsalı üçün ən azı 10 ağac kəsilməlidir.
Kağız tullantılarının təkrar emalının nə faydası vardır?
Kağız tullantılarının təkrar emalının təbii ehtiyatların qorunmasına, enerji sərfiyyatının azalmasına,su sərfiyyatının azalmasına və tullantıların miqdarının azalması kimi faydası vardır.
Nə üçün dünya okeanı ilə birbaşa əlaqəsi olmayan Xəzər gölünü dəniz adlandırırlar?
Dibində okean tipli yer qatı yerləşdiyinə və dəniz ölçülərinə malik olduğuna görə Xəzər gölünü dəniz adlandırırlar.
Xəzər dənizi daha çox nə ilə çirklənmişdir?
Xəzər dənizi daha çox karbohidrogenlərlə çirklənmişdir.