Atmosfer havasını çirkləndirən səyyar mənbələr nəqliyyat vasitələridir.
Tullantı poliqonları nədir?
Poliqonlar - tullantıların zərərsizləşdirilməsi və basdırılması üçün xüsusiləşdirilmiş müəssisələrdir.
Eldar şamının vətəni hansı ölkədir?
Eldar şamının vətəni Azərbaycan Respublikasıdır.
Kioto Protokolu nə haqdadır?
İqlim Dəyişmələri üzrə Çərcivə Konvensiyasıdır.
Metanın tam yanması zamanı hansı məhsullar yaranır?
Metanın tam yanması zamanı karbon qazı və su yaranır.
Metanın natamam yanması zamanı hansı məhsullar yaranır?
Metanın natamam yanması zamanı karbon qazı, dəm qazı və su yaranır. Ekoloji təmiz yanacaq dedikdə nə nəzərdə tutulur?
Ekoloji təmiz yanacaq dedikdə atmosferə atılan yanma məhsullarının miqdar və keyfiyyətinə əsasən dünya standartlarına uyğunluq nəzərdə tutulur.
Təbii qaza odorant kimi vurulan hansı maddədir?
Təbii qaza odorant kimi vurulan maddə Etilmerkaptandır.
Azərbaycanın beynəlxalq əhəmiyyətli magistral neft və qaz ixrac kəmərləri hansılardır?
Bakı-Tbilisi-Ceyhan, Bakı-Novorossiysk, Bakı-Tbilisi-Ərzurum, Bakı-Supsa Azərbaycanın beynəlxalq əhəmiyyətli magistral neft və qaz ixrac kəmərləridir.
İnsanın fəaliyyəti nəticəsində ətraf mühitə atılan tullantılar fiziki halına görə neçə növ olur?
İnsanın fəaliyyəti nəticəsində ətraf mühitə atılan tullantılar fiziki halına görə 3 növ olur.