Ekologiya Ətraf mühitin tarazlığını və bu tarazlığın pozulmasına təsir edən təbii amillər, antropogen və fiziki prosesləri öyrənən elmdir.
Ekoloji sistem nədir?
Təbiətdə olan canlı və cansız komponentlərin cəmiEkoloji sistem adlanır. Qlobal ekoloji problemlər hansı proseslərin nəticəsidir?
Qlobal ekoloji problemlər İnkişafın yüksək tempinin nəticəsidir.
Ümumdünya ətraf mühitin mühafizəsi günü nə vaxt keçirilir ?
5 İyun Ümumdünya ətraf mühitin mühafizəsi günüdür. Atmosfer çirkləndiricilərinin zərərsizləşdirilməsində bitkilərin rolu nədir?
Atmosfer çirkləndiricilərinin zərərsizləşdirilməsində bitkilərin rolu ondan ibarətdir ki, bitkilər havaya daxil olan toz, his və müxtəlif qazları tutur, karbon qazını isə udaraq fotosintezlə ətraf mühitə oksigen buraxır. Məişət tullantılarının utilizasiya qaydaları necədir?
Məişət tullantılarının utilizasiya qaydaları dedikdə çeşidlənərək təkrar emala göndərilməli, emal olunmayanların isə yandırılmalı olduqları prosessi başa düşülür.
Məişət-çirkab sularının təmizlənməsinin məqsədi nədir?
Məişət-çirkab sularının təmizlənməsinin məqsədi çirkab suyun tərkibindəki inqridientlərin zərərsizləşdirilməsi və canlıların yoluxucu xəstəliklərə yoluxmasının qarşısının alınmasıdır.
Flora-Fauna nədir ?
Bitki və heyvanlar aləmi Flora-Fauna adlanır. “Ekologiya” termini hansı alim tərəfindən elmə daxil edilmişdir?
“Ekologiya” termini XVIII əsrin sonlarında Alman alimi E.Hekkel tərəfindən elmə daxil edilmişdir.