İstehsalat prosesində istifadə edilən qaz balonlarının rəngləri hansılardır?
İstehsalat prosesində istifadə edilən qaz balonlarının rəngləri aşağıdakı cədvəldə göstərilən rənglərdədir:
Sıra №
Qaz
Balonun rəngi
Birkanın mətni
Birkanın rəngi
Zolağın rəngi
1
Azot
Qara
AZOT
Sarı
Qəhvəyi
2
Ammonyak
Sarı
AMMONYAK
Qara
-
3
Propan
Qırmızı
PROPAN
Ağ
-
4
Texniki arqon
Qara
TEXNİKİ ARQON
Tünd göy
Tünd göy
5
Asetilen
Ağ
ASETİLEN
Qırmızı
-
6
Səmt qazı
Boz
SƏMT QAZI
Qırmızı
-
7
Butan
Qırmızı
BUTAN
Ağ
-
8
Hidrogen
Tünd yaşıl
HİDROGEN
Qırmızı
-
9
Hava
Qara
SIXILMIŞ HAVA
Ağ
-
10
Helium
Qəhvəyi
HELİUM
Ağ
-
11
Oksigen
Mavi
OKSİGEN
Qara
-
12
Tibbi oksigen
Mavi
TİBBİ OKSİGEN
Qara
-
13
Hidrogen sulfid
Ağ
HİDROGEN
SULFİD
Qırmızı
Qırmızı
14
Kükürdlü qaz
Qara
KÜKÜRDLÜ QAZ
Ağ
Sarı
15
Karbon2-oksid
Qara
KARBON 2-OKSİD
Sarı
-
16
Xlor
Xaki
XLOR
-
Yaşıl
VI BÖLMƏ
ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ HAQQINDA
Ekologiya sözünün mənası nədir ?
“Ekologiya” sözü yunanca – oikos – ev, məskən, vətən mənasını daşıyır. Loqos (logiya) isə elm deməkdir
Azərbaycan Respublikasında ekologiya elminin banisi kimdir?
Azərbaycan Respublikasında ekologiya elminin banisiHəsən Əliyev hesab edilir.
Ətraf mühitin mühafizəsinin məqsədi nədir ?
Ətraf mühitin mühafizəsinin məqsədi gələcək nəsillərin ehtiyacını nəzərə almaqla ətraf mühitin ekoloji tarazlığının pozulmasına yol vermədən təbii resurslardan səmərəli istifadə edilməsidir.
İstixana effektinin törətdiyi fəsadlar hansılardır ?
İqlim dəyişiklikləri, buzlaqların əriməsi və daşqınların çoxalmasıistixana effektinin törətdiyi fəsadlar.
Ekologiya elmi nə zaman yaradılmışdır?
Ekologiya elmi 18-ci əsrin sonlarında Ernest Hekkel tərəfindən yaradılmışdır.
“Kioto protokolu” nə vaxt və neçə dövlət tərəfindən imzalanmışdır ?
“Kioto protokolu” 1997-ci ildə, 159 dövlət tərəfindən imzalanmışdır.
Atmosferə hansı qazların yığılması nəticəsində istixana effekti yaranır ?
Atmosferə CH4 , CO və CO2 qazların yığılması nəticəsində istixana effekti yaranır.
Ozon təbəqəsi haqqında nə deyə bilərsiniz ?
Ozon təbəqəsi canlı aləmi günəşin dağıdıcı ultrabənövşəyi süalarının təsirindən qoruyur. İstixana qazları ozon qatının məhv olmasına gətirib çıxarır.
Ekoloji mədəniyyət nədir ?
Ekoloji mədəniyyət dedikdə insanın təbiətə olan münasibəti və təbiətlə davranması başa düşülür.
Dünyada mövcud olan 11 iqlim tipindən neçəsi Azərbaycan Respublikasının ərazisindədir?
Dünyada mövcud olan 11 iqlim tipinin 9-u Azərbaycan ərazisindədir.
Atmosfer havasının çirklənməsinin qarşısını almaq üçün hansı enerji mənbələrindən istifadə etmək daha əlverişlidir ?
Atmosfer havasının çirklənməsinin qarşısını almaq üçün alternativ enerji mənbələrindən (külək, günəş) istifadə etmək daha əlverişlidir.
Ekoloji təsir mənbələri hansılardır ?
İnsana təsir, havaya təsir, torpağa təsir, təbii resurslara təsir Ekoloji təsir mənbələridir.
Təhlükəli tullantılar hansılardır ?
Ekoloji tarazlığın pozulmasına səbəb olan tullantılarTəhlükəli tullantılar adlanır. SOCAR-ın idarə və müəssisələrində ekologiyaya dair hansı sənədlərin olması mütləqdir ?
SOCAR-ın idarə və müəssisələrində ekologiyaya dair Ekoloji pasport, Yol Verilən Axıntı Həddi, Yol Verilən Tullantı Həddi və radiasiya vəziyyəti sənədlərin olması mütləqdir.
SOCAR-ın idarə və müəssisələri ekologiyaya dair hansı statistik hesabatları təqdim etməlidirlər ?
SOCAR-ın idarə və müəssisələri ekologiyaya dair TG-2 (hava, su təsərrüfatı, tullantılar) statistik hesabatları təqdim etməlidirlər.
Yaşıllıqların çoxaldılmasının nə kimi əhəmiyyəti vardır ?
Ekosistemin davamlı inkişafının qorunub saxlanılması və ekoloji mühitin daha da yaxşılaşdırılması üçün yaşıllıqların çoxaldılmasının böyük əhəmiyyəti vardır.
Ekoloji idarəetmə hansı sənədlərlə tənzimlənir ?
Ekoloji idarəetmə Ekoloji-normativ sənədlərlə tənzimlənir.
Tullantıların idarə edilmə ardıcıllığı necədir ?
Tullantıların idarə edilmə ardıcıllığı belədir:
Toplanma - utilizə edilmə - təkrar emal - kənarlaşdırma.
Ətraf mühiti çirkləndirən əsas hansı amillərdir ?
Antropogen fəaliyyət ətraf mühiti çirkləndirən əsas amillərdir.
SOCAR-ın Ekoloji Siyasətinin məqsədi nədir ?
SOCAR-ın Ekoloji Siyasətinin məqsədi Ətraf mühitin qorunması, ekoloji təhlükəsizlik və təbii ehtiyatlardan səmərəli istifadə sahəsində praktiki fəaliyyətin ümumi istiqamətlərini müəyyən etməkdir.