Müəssisənin fəaliyyəti zamanı ətraf mühitə axıdılan tullantıların tərkibindəki çirkləndirici maddələrin razılaşdırılmış maksimal həddi yol verilən axıntı həddidir. Ekoloji təbliğat nədir?
Ekoloji təbliğat əhali arasında ekoloji mədəniyyətin formalaşdırılmasına yönəldilən maarifləndirmə fəaliyyəti sistemidir.
Ətraf mühitin mühafizəsi necə tənzimlənir?
Ətraf mühitin mühafizəsi ətraf mühitin və təbii ehtiyatlardan səmərəli istifadə sahəsində qanunvericilik aktları, Azərbaycan Respublikası prezidentinin sərəncamları, Nazirlər Kabinetinin qərarları, müvafiq icra hakimiyyəti orqanlarının normativ təlimatları və metodik göstərişləri ilə tənzimlənir.
Ekoloji təhlükəsizlik nədir?
Ekoloji təhlükəsizlik dedikdə insanın və cəmiyyətin həyati vacib maraqlarının, ətraf mühitə antropogen və təbii təsirlər nəticəsində yaranan təhlükələrdən qorunmasının təmin edilməsi başa düşülür.
Hidrosfer nədir?
Yerin su qatıhidrosfer adlanır. Bəşəriyyətin qlobal ekoloji problemləri hansılardır?
Ozon dəliklərinin genişlənməsi, səhralaşma, meşə sahələrinin kəskin surətdə azalması bəşəriyyətin qlobal ekoloji problemləridir.
İstixana effekti nədir?
Çirklənmiş hava qatının yer səthinə gələn radiasiya şüalarının asanlıqla buraxması, yer səthindən qayıdan istiliyin qarşısının alınması İstixana effekti yaradır.
Atmosfer havasının transsərhəd çirklənməsi nədir?
Atmosfer havasının transsərhəd çirklənməsi bir dövlətin ərazisində yerləşən zərərli maddələrin yayılması nəticəsində digər ölkənin atmosfer havasının çirklənməsidir.