Ətraf mühitin monitorinqi dedikdə Təbii və antropogen təsir nəticəsində ətraf mühitə yayılan zərərli qaz, maye və bərk tullantıların kəmiyyət və keyfiyyətinə elmi əsaslarla nəzarət başa düşülür.
Ətraf mühitin mühafizəsi hansı qanunlarla tənzimlənir?
Ətraf mühitin mühafizəsi Azərbaycan Respublikası “Ətraf mühitin mühafizəsi haqqında” və “Ekoloji Təhlükəsizlik haqqında” qanunları ilə tənzimlənir.
Təmiz İnkişaf Mexanizmi nədir?
Təmiz İnkişaf Mexanizmi dedikdə İstilik effekti yaradan qazların atmosferə atılmalarının azaldılması üzrə layihələr başa düşülür.
Atmosferin çirklənməsi nəyə deyilir?
Havaya atılan zərərli maddələrin atmosferdəki konsentrasiyasının artmasına atmosferin çirklənməsi deyilir.
Ətraf mühitin yaxşılaşdırılmasının yolları hansılardır?
Yaşıllıqların genişləndirilməsi, sənaye müəssisələrindən atmosferə atılan tullantıların azaldılması, sənaye müəssisələrindən ətraf mühitə atılan tullantıların qarşısının alınması, hidrosferə atılan tullantıların azaldılması, ətraf mühitin yaxşılaşdırılmasının yollarıdır.
Müəssisələrdə ISO-14001 standartını tətbiq etməklə nəyə nail olmaq olar?
Müəssisələrdə ISO-14001 standartını tətbiq etməklə ətraf mühitin qorunması və ətraf mühitin çirklənməsinin qarşısının alınmasına nail olmaq olar.
Ətraf mühiti daha çox çirkləndirən sahə hansıdır?
Ətraf mühiti daha çox çirkləndirən sahə Neft, qaz və kimya sənayesidir.
Torpağın münbit qatı nəyə deyilir?
Mikroorqanizimlərin mövcud olduğu qat torpağın münbit qatı adlanır.
Meşələrin məhvi hansı qlobal fəsada səbəb olur?
Meşələrin məhvi oksigen rejiminin pozulması kimi qlobal fəsad yaradır.
Yer kürəsində canlı həyatın yayıldığı sahə necə adlanır?
Yer kürəsində canlı həyatın yayıldığı sahəBiosferadlanır.