I fəSİl təBİİ qaz və qaz təSƏRRÜfati haqqinda ümumi MƏlumat


Binaların və qurğuların daxilində çəkilən qaz kəmərləri necə olmalıdır?



Yüklə 493,24 Kb.
səhifə50/213
tarix25.06.2022
ölçüsü493,24 Kb.
#62281
1   ...   46   47   48   49   50   51   52   53   ...   213
1000 sual - 1000 cavab 21.01.17

Binaların və qurğuların daxilində çəkilən qaz kəmərləri necə olmalıdır?

Binaların və qurğuların daxilində çəkilən qaz kəmərləri, polad borulardan nəzərdə tutulmalıdır.
Səyyar aqreqatların, daşına bilən qaz odluqlarının, qaz cihazlarının, NÖC və avtomatika cihazlarının birləsdirilməsi üçün, rezin və rezin parçalı şlanqların nəzərdə tutulmasına yol verilir. Şlanqlar seçilərkən onların həmin təzyiqdə və temperaturda nəql edilən qaza davamlığı nəzərə alınmalıdır.
Boruların birləşdirilməsi, bir qayda olaraq, qaynaqla nəzərdə tutulmalıdır. Sökülə bilən (yivli və flyanslı) birləşmələrin nəzərdə tutulmasına ancaq bağlayıcı armaturlar, qaz cihazları, NÖC, qaz tənzimləyicilər və digər avadanlıqlar quraşdırılan yerlərdə yol verilir.
Qaz kəmərlərində sökülə bilən birləşmələrin qoyulması, onların yoxlanılması və təmiri üçün əlverişli olan yerdə nəzərdə tutulmalıdır.

  1. Qaz kəmərləri digər boru kəmərləri ilə bir yerdə ümumi dayaqlarda çəkilərsə hansı tələblər gözlənilməlidir?

Qaz kəmərləri digər boru kəmərləri ilə bir yerdə ümumi dayaqlarda çəkilərsə qaz kəmərləri onlardan yuxarıda, baxılmaq və təmir işləri aparmaq üçün əlverişli olan məsafədə yerləşdirilməlidirlər.

  1. Sənaye və kənd təsərrüfatı müəssisələrinin, istehsalat xarakterli məişət müəssisələrinin istehsalat otaqlarında, qaz kəmərlərində hansı yerlərdə bağlayıcı qurğular nəzərdə tutulmalıdır?

  • qaz kəmərinin otaqların daxilinə girişində;

  • hər aqreqata ayrılan qollarda;

  • odluqların və fitillərin qabağında;

  • üfürmə boru kəmərlərində, onların qaz kəmərlərinə birləşdirildiyi yerlərdə.

Otaqların daxilində qaz kəmərinin girişindən 10m-dən uzaq olmamaqla yerləşdirilmiş qaz sayğacı və ya QTQ olarsa, qaz sayğacından və ya QTQ-dən qabaq olan siyirtmə və ya kran girişdə bağlayıcı qurğu kimi hesab edilir.
Beton döşəmələrdə kanallarda və ya divarların şırımlarında çəkilən qaz kəmərlərində armaturların qoyulmasına yol verilmir.


  1. Yüklə 493,24 Kb.

    Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin