İctimai binaların qaz təchizatına olan tələblər hansılardır?
Normativ sənədlərə əsasən qazlaşdırılmasına yol verilən müvafiq ictimai binaların qaz cihazları, yanma məhsullarının kənarlaşdırılması ilə nəzərdə tutulmalıdır.
Həmin binalarda ikidən çox olmamaqla məişət qaz pilətələrinin (tüstü bacaları olmadan), həmçinin laboratoriya odluqlarının nəzərdə tutulmasına yol verilir.
Adamlar toplana bilən otaqların altında yerləşdirilmiş, (yemək və ticarət zalları, foye və s.) mətbəxlərdə avadanlıq kimi saatlarla fasiləsiz işləməyə hesablanmamaq sərti ilə, bir qaz plitəsinin və bir qaz su qızdırıcısının və ya su qaynadıcısının qoyulmasına Respublika Gigiyena və Epidiomologiya Mərkəzi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi Xidməti ilə razılaşdırmaqla yol verilir.
Yuxarıda göstərilən otaqlarda MKHQ balonlarının qoyulmasına yol verilmir.
Qaz avadanlıqlarının qoyulması nəzərdə tutulan otaqlarda təbii işıqlandırma və iş vaxtı üç dəfədən az olmayan, is vaxtından kənar isə bir dəfə hava mübadiləsini təmin edən, hesabatla təyin olunan daimi axın-sorma ventilyasiyası olmalıdır.
Məisət qaz cihazlarının qarsısında qazın təzyiqi nə qədər olmalıdır?
Məisət qaz cihazlarının qarsısında qazın təzyiqi aşağıda göstərilən cədvəlin 4-cü bəndində göstərilən təzyiqdən artıq olmamaqla, cihazların pasport gostəricilərinə uyğun olaraq qəbul edilməlidir:
S/s
Qaz istehlakcıları
Qazın təzyiqi, MPa
(kqq/sm2)
1
Sənaye və kənd təsərrufatı müəssisələrinin istehsalat binaları, həmçinin ayrılıqda yerləşən qazanxanalar və istehsalat xarakterli məişət xidməti müəssisələri (hamamlar, camaşırxanalar, kimyəvi təmizləmə fabrikləri, çörək və şirniyyat məhsulları müəssisələri və s.)
0,6 (6)
2
Bənd 1-də göstərilmiş istehsalat xarakterli məişət xidməti müəssisələri basqa məqsədlər üçün nəzərdə tutulmuş istehsalat binalarına əlavə edilmiş tikililərdə yaxud onların daxilində yerləşdirildikdə
0,3 (3)
3
Qeyri-istehsalat xarakterli məişət xidməti müəssisələri və ictimai binalar