I fəSİl təBİİ qaz və qaz təSƏRRÜfati haqqinda ümumi MƏlumat


Müəssisələrdə qaz avadanlıqlarının texniki xid­məti və təmiri işləri kimlər tərəfindən yerinə yetirilir?



Yüklə 493,24 Kb.
səhifə55/213
tarix25.06.2022
ölçüsü493,24 Kb.
#62281
1   ...   51   52   53   54   55   56   57   58   ...   213
1000 sual - 1000 cavab 21.01.17

Müəssisələrdə qaz avadanlıqlarının texniki xid­məti və təmiri işləri kimlər tərəfindən yerinə yetirilir?

İstismar prosesində qaz avadanlıqlarının texniki xid­məti və təmiri “Qaz təsərrüfatında texniki təhlükəsizlik qayda­ları” və “Qaz təsərrüfatında təhlükəsizlik qayda­ları”nın tələblərinə əsasən, müəssisələrin işçiləri və ya müqavilə əsasında Qaz təchizatı müəssisəsi tərəfindən yerinə yetirilməlidir.



  1. İctimai və yaşayış binalarının aşağı təzyiqli daxili qaz xətləri kipliyə hansı təzyiqdə və müddətdə sınaqdan keçirilir ?

CHИП 3.05.02-88 əsasən İctimai və yaşayış binalarının aşağı təzyiqli daxili qaz xətləri kipliyə 0,05 atm təzyiq altında 5 dəq. müddətində sınaqdan keçirilməlidir.

  1. İctimai və yaşayış binalarının aşağı təzyiqli daxili qaz xətləri möhkəmliyə hansı təzyiqdə və müddətdə sınaqdan keçirilir ?

CHИП 3.05.02-88 əsasən İctimai və yaşayış binalarının aşağı təzyiqli daxili qaz xətləri möhkəmliyə 1,0 atm təzyiq altında 1saat müddətində sınaqdan keçirilməlidir.

  1. Binaların daxilində qaz kəmərlərinə qoşulmalar necə aparılmalıdır?

Qaz kəmərlərinin binaların və otaqların içərisində işçi təzyiq altında olan qaz kəmərlərinə qoşulması qəti qadağandır.
Bu zaman binaya (iş aparılan sahəyə) qazın verilməsi dayan­dırılmalı, istismarda olan boru kəməri sahəsi qazdan azad edil­dikdən və hava ilə üfürüldükdən sonra qoşulma işlərini yerinə yetirmək mümkündür.
Qaz kəmərlərinin hava ilə üfürülməsi “Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları”na əsasən yerinə yetirilməlidir.

  1. Qaz təchizatı obyektlərinin istismara buraxılması necə həyata keçirilir?

Qaz təchizatı obyektlərinin istismara buraxılması və qazın verilməsi təsdiq edilmiş qəbul aktına və Dövlət Qaz Nəza­rəti İdarəsindən alınmış xüsusi icazəyə əsasən, bir qayda olaraq, müvafiq əmrlə həyata keçirilir.


  1. Yüklə 493,24 Kb.

    Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin