Qaz-hava qarışığı çıxarılan otaqlarda hansı təhlükəsizlik tələblərinə riayət olunmalıdr ?
Qaz avadanlıqlarından qaz-hava qarışığı çıxarılan otaqlarda (yerlərdə), açıq oddan və elektrik cihazlarından istifadə etmək qəti qadağandır.
Qazlaşdırılmış obyektlərin istismara qəbul ediməsi barədə komissiya üzvlərinə və FHN-nin SİTGDMN Agentliyinə ən azı neçə gün əvvəl məlumat verilir ?
Qazlaşdırılmış obyektlərin istismara qəbul ediməsi barədə ən azı komissiya üzvlərinə 2 gün və FHN-nin SİTGDMN Agentliyinə isə 5 gün əvvəl məlumat verilməlidir.
Mənzillərdə istifadə edilən məişət qaz cihazlarının təhlükəsiz istismar olunmasına kimlər cavabdehdir ?
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 № - li qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”əsasən mənzillərdə istifadə edilən məişət qaz cihazlarının təhlükəsiz istismar olunmasına mənzil sahibləri cavabdehdirlər.
Qaz avadanlıqlarının keyfiyyətli xidmətinə, təmirinə və təhlükəsiz istismarına kimlər cavabdehdir ?
Qaz avadanlıqlarının keyfiyyətli xidmətinə, təmirinə və təhlükəsiz istismarına Qaz istismar sahəsi cavabdehdir. Yаşаyış еvlərində qаz plitələrinin qоyulmаsı üçün hansı texniki tələblər ödənilməlidir.
Yаşаyış еvlərində qаz plitələrinin qоyulmаsı nəfəslik pəncərəsi, sоrucu vеntilyаsiyа kаnаlı və təbii işıqlаndırmаsı оlаn, hündürlüyü 2.2 mеtrdən аz оlmаyаn mətbəх оtаqlаrındа nəzərdə tutulmаlıdır. Bu hаldа mətbəх оtаqlаrının həcmi аşаğıdа göstərilənlərdən аz оlmаmаlıdır:
İki оdluqlu qаz plitələri üçün - 8 m3;
Üç оdluqlu qаz plitələri üçün - 12 m3;
Dörd оdluqlu qаz plitələri üçün - 15 m3.
Məişət qaz cihazlarının qarşısında qazın təzyiqi nə qədər saxlanıla bilər?
Məişət qaz cihazlarının qarşısında qazın təzyiqi 0,03 atm-dən (300 mm su sütunundan) artıq olmamaqla, cihazların pasport göstəricilərinə uyğun olaraq qəbul edilməlidir.