Qaz ilə işləyən su qızdırıcıları quraşdırılmış vanna otaqlarında qapı ilə döşəmə arasındakı boşluğun sahəsi nə qədərdir ?
Qaz ilə işləyən su qızdırıcıları quraşdırılmış vanna otaqlarında qapı ilə döşəmə arasındakı boşluğun sahəsi ən azı 0,02 m2 olmalıdır.
Aşağı təzyiqli qaz xətlərinin başqa qayda ilə çəkilməsi mümkün olmadıqda yaşayış otaqları ilə çəkilə bilərmi ?
Yaşayış otaqlarından tranzit şəkildə yivli birləşmə və armatur qoyulmadan metal borularla qaz kəmərinin çəkilməsinə icazə verilir.
Yanma məhsullarının kənarlasdırılması üçün tüstü bacalarına olan tələblər hansılardır?
Konstruksiyalarında yanma məhsullarının kənar edilməsi tüstü bacaları nəzərdə tutulan qaz cihazlarından, sobalarından və digər qaz avadanlıqlarından yanma məhsullarının kənarlaşdırılması
hər cihazdan, aqreqatdan və ya sobadan ayrılmış xüsüsi tüstu bacası ilə nəzərdə tutulmalıdır.
Mövcud binalarda yanma məhsullarının bacaya girişləri müxtəlif səviyyələrdə olmaq şərti ilə bir bacaya ikidən artıq olmamaqla binanın eyni və ya muxtəlif mərtəbələrində yerləşdirilmiş suqızdırıcıları və ya istilik sobalarının birləşdirilməsinin nəzərdə tutulmasına yol verilir. Bu halda bacaya girişlər biri-digərindən 0,75m-dən yaxın olmamalıdır və ya bacada 0,75m-dən az olmayan hündürlükdə eyni səviyyədə bölünmələr düzəldilməlidir.
Mövcud binalarda bacalar olmadıqda əlavə (yana qoyulan) bacaların nəzərdə tutulmasına yol verilir.
Tüstü bacasının en kəsiyi minimum nə qədər olmalıdır?
Ona birləşdirilən qaz cihazının borusunun (yanma məhsullarının atılması üçün) en kəsiyinin sahəsindən az olmamalıdır.
Ventilyasiya kanalları hansı müddətdən bir təmizlənməlidir ?
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 № - li qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən Tüstü bacalarının, havalandırma və havadəyişmə xətlərinin və tüstü bacalarının girişlərinin vəziyyətinin vaxtlı-vaxtında, xüsusilə qış aylarında mütəmadi olaraq yoxlanılmasını və ildə bir dəfədən az olmayaraq təmizlənməsini təmin etməli və görülmüş işləri müvafiq qaydada sənədləşdirməli;