I fəSİl təBİİ qaz və qaz təSƏRRÜfati haqqinda ümumi MƏlumat


Dəm qazı hansı halda yaranır ?



Yüklə 493,24 Kb.
səhifə62/213
tarix25.06.2022
ölçüsü493,24 Kb.
#62281
1   ...   58   59   60   61   62   63   64   65   ...   213
1000 sual - 1000 cavab 21.01.17

Dəm qazı hansı halda yaranır ?

Kimyəvi adı karbon-monooksid (CO) olan dəm qazı təmiz halda gözə görünməyən, rəngsiz, iysiz, dadsız, havadan yüngül, suda pis həll olunan qazdır. Bu qaz üzvi maddələrin, o cümlədən təbii qazın, neft məhsullarının və odun yanacağının natamam yanması nəticəsində əmələ gəlir.
Dəm qazı natamam yanma məhsulu olub güclü zəhərləyici xassəyə malikdir. İnsanlar yüksək konsentrasiyalı dəm qazı olan mühitdə çox qaldıqda zəhərlənmə daha güclü, ölüm isə bir o qədər sürətli olur. Havada dəm qazının miqdarı 0,08% olduqda başağrısı, başgicəllənmə və boğulma başlayır. Dəm qazının miqdarı nəfəs aldığımız havada 0,32% olduqda 30 dəqiqə ərzində, 1,2% olduqda isə 2-3 dəqiqə ərzində (2-3 nəfəs almadan sonra) ölüm baş verir.


IV FƏSİL
QƏZALARIN LƏĞVİ, MƏHDUDLAŞDIRILMASI VƏ QAZ TƏHLÜKƏLİ İŞLƏR HAQQINDA



  1. Qəzaların ləğvi üzrə ilkin tədbirlər hansılardır?

  • zədələnmiş qaz kəməri sahəsinin istismarda olan qaz kə­mə­rindən açılması;

  • təbii qazla qazlaşmiş (qaz toplanmış) otaqların havasının dəyişdirilməsi və mayeləşdirilmiş qaz toplanmış otaqların, part­layış təhlükəsi istisna olunan üsulla məcburi ventilyasiyası;

  • siqaret (papiros) çəkilməsi, kibrit yandırılması, elektrik lampasının və elektrik cihazlarının qoşulması və açılması, açıq odla istilik cihazlarından, peçlərdən, ağ neft plitələrindən istifadə edilməsi və sair bu kimi halların qadağan edilməsi;

  • otağa (binaya) açıq odla daxil olmamaq üçün binanın girişində xəbərdarlıq yazısı olmalıdır;

  • lazım olan hallarda qaz toplanmış otaqlardan sakinlərin köçürülməsi.

  1. Qəza məlumatlarının qəbulu necə aparılmalıdır?

Qəza məlumatlarının qəbulu qəza-dispetçer xidməti tərə­findən bütün gün ərzində aparılmalı və xüsusi nömrələn­miş və möhürlənmiş jurnalda vaxt göstərilməklə qeyd olunma­lıdır.
Qaz təsərrüfatında baş verən qəzalar, qaz sızmaları və qaz kəmərlərinin, armaturların, qaz cihazlarının nasazlıqları haqqın­da məlumatları Qaz təchizatı müəssisələrinə xəbər vermək üçün qəza-dispetçer xidmətinin telefon nömrələri, əhaliyə və digər istehlakçılara çatdırılması təmin edilməlidir.


  1. Yüklə 493,24 Kb.

    Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin