I fəSİl təBİİ qaz və qaz təSƏRRÜfati haqqinda ümumi MƏlumat


Qəza yerinə gələn rəhbər işçi, qəzanın aradan qaldırıl­masına rəhbərlik edənin düzgün göstəriş vermədiyini hiss etdik­də hansı qərarı qəbul etməlidir?



Yüklə 493,24 Kb.
səhifə65/213
tarix25.06.2022
ölçüsü493,24 Kb.
#62281
1   ...   61   62   63   64   65   66   67   68   ...   213
1000 sual - 1000 cavab 21.01.17

Qəza yerinə gələn rəhbər işçi, qəzanın aradan qaldırıl­masına rəhbərlik edənin düzgün göstəriş vermədiyini hiss etdik­də hansı qərarı qəbul etməlidir?

Qəza yerinə gələn rəhbər işçi, qəzanın aradan qaldırıl­masına rəhbərlik edənin düzgün göstəriş vermədiyini hiss etdik­də, qəzaya rəhbərlik edəni bu işdən kənarlaşdırmalı və qəzanın tam məhdudlaşdırılması və ləğvi ilə əlaqədar olan bütün işlərə özü və ya onun göstərişi ilə digər məsul şəxs rəhbərlik etməlidir.
Qəza vəziyyətini ləğv etmək üçün qəza yerinə gələn təmir-bərpa xidmətinin növbətçi heyətinin rəhbəri ondan əvvəlki növbə rəh­bə­ri tərəfindən qəzanın vəziyyəti və onun ləğv edilməsi üzrə qəbul edilmiş tədbirlər haqqında məlumatlandırılmalıdır.

  1. Qəza vəziyyətinin ləğvi üzrə işlər nə zaman başa çat­mış hesab oluna bilər?

Qəza vəziyyətinin ləğvi üzrə işlər o zaman başa çat­mış hesab oluna bilər ki, qaz sızmaları aşkar edilib aradan qaldı­rılır və qazın otaqlara, qurğulara keçə bilməsi ehtimalı istisna olunur.

  1. Qəza xidmətinə keçən ay ərzində daxil olmuş sifarişlər barəsində hansı tədbirlər görülməlidir?

Qaz təchizatı müəssisəsinin qəza, təmir-bərpa xidməti keçən ay ərzində daxil olan bütün qəza sifarişlərini (məlumatlarını) müntəzəm olaraq əsaslı surətdə təhlil etməli, qaz kəmərlərində, armatur və avadanlıqlarda baş verən bütün nasazlıqların, eləcə də qəza və bədbəxt hadisələrin səbəblərini araşdırmalıdır. Qəza vəziy­yətlərinin aradan qaldırılması üzrə əldə olunmuş təcrübəni ümu­miləşdirməli və bunun əsasında qəzaların məhdudlaşdırılması və ləğvi planında düzəlişlər aparmalı, eləcə də qaz təchizatı sistem­lərinin təkmilləşdirilməsi və qəza vəziyyətləri əmələ gətirə bilən səbəblərin aradan qaldırılması üzrə tədbirlər işləyib hazır­lamalıdır.

  1. Qəza, təmir-bərpa heyəti ilə tədris-təlim məşğələləri necə aparılmalıdır?

Qəza, təmir-bərpa heyəti ilə tədris-təlim məşğələləri (dərsləri) Qaz təchizatı müəssisəsinin baş mühəndisi tərəfindən müntəzəm olaraq təsdiq olunmuş proqram və qrafik üzrə keçirilməlidir.
Bu məşğələlərin (dərslərin) təyin olunmuş vaxtlarda keçiril­məsinə nəzarət, müəssisənin rəhbəri tərəfindən aparılmalıdır.


  1. Yüklə 493,24 Kb.

    Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin