Qaz təhlükəli işlərin görülməsinə kimlər buraxılır ?
18 yaşından yuxarı, xüsusi təlim keçmiş, qaz təhlükəli işlərin aparılması texnologiyasını öyrənərək imtahan verən, mühafizə vasitələrindən istifadə etməyi və həkimə qədər ilk tibbi yardım göstərmək qaydalarını bilən işçilər buraxılır.
Qaz təhlükəli işlər nəyə deyilir ?
Qazlı mühitdə və ya qazın ətrafa yayılma ehtimalı olan şəraitdə görülən işlərə qaz təhlükəli işlər deyilir.
Qaz təhlükəli işlər üçün “icazə-tapşırıq”ların verilməsi kimlərə həvalə olunur ?
“Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın tələblərinə uyğun olaraq imtahan vermiş və müəssisə rəhbərinin əmri ilə təyin edilmiş şəxslər qaz təhlükəli işlər üçün icazə-tapşırıqlar verə bilər.
Qaz təhlükəli işlər bir qayda olaraq ən azı neçə nəfər tərəfindən icra olunur ?
Qaz təhlükəli işlərin yerinə yetirilməsi ən azı 2 nəfər tərəfindən yerinə yetirilməlidir.
Qaz təhlükəli işlərin yerinə yetirilməsi zamanı işə cəlb olunmuş işçilərə kim göstəriş verə bilər ?
Qaz təhlükəli işlərin yerinə yetirilməsi zamanı işə cəlb olunmuş işçilərə yalnız işin rəhbəri tərəfindən göstəriş verilə bilər.
Rəhbər və vəzifəli şəxslər qaz təhlükəli işləri yerinə yetirən fəhlələrə göstərişi kimin vasitəsi ilə verə bilər ?
Rəhbər və vəzifəli şəxslər qaz təhlükəli işləri yerinə yetirən fəhlələrə göstərişi yalnız işə məsul şəxs vasitəsilə verə bilərlər.
Qaz təhlükəli işləri “icazə-tapşırıq” olmadan aparmaq olarmı ?
Sabit tərkibli işçilərlə eyni şəraitdə yerinə yetirilən və dövri təkrar olunan qaz təhlükəli işlər tapşırıq-icazə sənədi tərtib edilmədən aparıla bilər. Bu işlər təsdiq edilmiş müvafiq təlimat üzrə aparılır. Müəssisələrdə baş mühəndis tərəfindən təhlükəli işlərin siyahısı hazırlanır və təsdiq edilir. Bu siyahıda tapşırıq-icazə sənədi tərtib edilmədən yerinə yetirilə bilən işlər göstərilir.
“İcazə-tapşırıq”larda əsasən nələr qeyd edilir ?