Qəza xidməti briqadası qəza yerinə hansı müddət ərzində çıxmalıdır?
Qəza xidməti briqadası qəza yerinə, partlayış, yanğın, otaqlara qaz toplanması barədə xəbər verildikdən sonra 5 dəqiqədən gec olmayaraq çıxmalıdır. Bu halda qəza xidməti maşınından, xüsusi hallarda qəza xidməti maşını olmazsa başqa imkanlardan istifadə edilməlidir.
Mənzildə və ya pilləkan qəfəsində qaz iyi gəlir çağırışı zamanı nə edilməlidir?
Mənzildə və ya pilləkən qəfəsində “qaz iyi gəlir” qəza çağırışına gələn qəza briqadası, məlumat verənin göstərdiyi yerlərdə, eləcə də ona qonşu yerlərdə zirzəmilərdə havanın tərkibində qazın olmasını yoxlamalı, aşkar olunmuş çatışmazlıqları ləğv etməlidir.
Otaqlarda qaz sızması ləğv edildikdən və otağın havası dəyişdirildikdən sonra, təkrarən otaqda, qonşu binaların otaqlarında və zirzəmilərində qazın mövcudluğu yoxlanılmalıdır.
“Qaz iyi gəlir” qəza çağırışı ilə göstərilən otaqlarda qazın olması aşkar edilmədikdə, pilləkən qəfəsində və binanın zirzəmisində qazın mövcudluğu yoxlanılmalıdır.
Yoxlamaq üçün hava nümunəsi təbii qaz üçün yuxarı zonadan, mayeləşdirilmiş qazlar üçün isə aşağı zonadan (döşəmədən 30 cm-dən artıq olmayan hündürlükdən) götürülməlidir.
Qaz sızmasının yeraltı qaz kəmərindən olması məlum olarsa hansı tədbirlər görülməlidir?
Qaz otağa yeraltı qaz kəmərindən (qazpaylayıcı kəmərdən və ya qaz girişindən) keçdikdə, qazın sızmasını aşkar etmək üçün qəza briqadası, sızma yerindən 50 metr radiusunda yerləşən bütün qonşu yeraltı qurğularını və binaları (ilk növbədə zirzəmiləri) müayinədən keçirməlidir.
Qaz kəmərinin zədəli yerlərinin müəyyənləşdirilməsi qəzanın qarşısının alınması və məhdudlaşdırılması planı ilə aparılmalıdır.
Qaz toplanmış otaqlarda, eləcə də 50 metr radiusunda yerləşən binalarda və yeraltı qurğularda qazın mövcudluğu qəza vəziyyəti ləğv olunan bütün müddət ərzində müvafiq cihazla vaxtaşırı yoxlanılmalıdır.