Qəza vəziyyətlərinin məhdudlaşdırılması və ləğvi üzrə işlər hansı sənəd əsasında həyata keçirilir?
Qəza vəziyyətlərinin məhdudlaşdırılması və ləğvi üzrə işlər qəzaların aradan qaldırılması və məhdudlaşdırılması planı ilə müəyyənləşdirilməli və əlaqəli idarələrin (yanğın mühafizəsi, təcili yardım, polis, kabel xətlərinin istismarı ilə məşğul olan təşkilatlar, su-kanalizasiya xidməti) qarşılıqlı köməyi ilə yerli şəraitdən asılı olaraq, qaz təsərrüfatı müəssisəsinin təsdiq etdiyi, nümunəvi plan əsasında hər bir xidmət tərəfindən işlənib hazırlanmalı və yerli aidiyyəti orqanlarla razılaşdırılmalıdır.
Qəza vəziyyətinin qarşısının alınması və onun məhdudlaşdırılması planına nələr daxildir?
qəza vəziyyətlərinin xəbərdarlığı və məhdudlaşdırılması tədbirləri;
Təmir-bərpa işləri Qaz təchizatı müəssisəsinin rəhbərliyi tərəfindən imzalanmış sərəncama əsasən, istismar işçiləri tərəfindən yerinə yetirilir. Həmin işlərin icrası üçün icazə-buraxılış tərtib olunmalı və qəza xidməti ilə razılaşdırılmalıdır.
Qəza haqqında məlumatı qəbul etmiş növbətçi dispetçeri nə etməlidir?
Qəza haqqında məlumatı qəbul etmiş növbətçi dispetçeri, qəza xidməti gələnə qədər təhlükəsizliyi təmin etmək məqsədilə, xəbər verən şəxsi məlumatlandırmalı və təcili qəza briqadasını obyektə göndərməlidir.
Daxil olmuş məlumatlar və bildirişlər dərhal qəza məlumatları kitabinda qeyd olunmalıdır: kitabda məlumatın qeyd olunma vaxtı (tarix, saat və dəqiqə), zədələnmənin xarakteri (məlumat verənin sözlərinə əsasən), qəza yerinə briqadanın çıxma və çatma vaxtı, yerinə yetirilmiş işlər haqqında məlumatlar, işlərin qurtarması və briqadanın geriyə qayıtma vaxtları qeyd olunmalıdır.
Qəzaların ləğv edilməsi üçün göndərilən işçilərə, xüsusi blanklarda kartoçkalar (sifarişlər) açılır və həmin kartoçkada qəza haqqında məlumat verənin imzası ilə qəzaların aradan qaldırılması təsdiq edilir. Qəza briqadası çağırışda olduqda, sifarişlər telefonla verilə bilər.